Gündəm
Rocers və komandası "Liverpul"u 15.7 milyon ziyana salıb
"Liverpul" 2015-ci ildə Brendan Rocersi baş məşqçi postundan istefaya göndərmişdi. Həmin vaxt Rocers və onun köməkçilərinə klub tərəfindən ödənilən təzminat 15.7 milyon funt olub. "Liverpul" şimali irlandiyalı mütəxəsislə yanaşı, Şon O`Driksoll, Qari Makallister, Qlen Driksoll və Kris Devisə də qapını göstərmişdi. "Qırmızılar"ın 2015/!6 mövsümündə maliyyə hesabatına görə itkilər 19.8 milyon funt təşkil edib.
Ronaldinyo ilə “Qəbələ” Dubayda müqavilə bağlayacaq
Ötən ilin oktyabrında paytaxtımızın qonağı olan Ronaldinyonun Bakıda açılması nəzərdə tutulan futbol məktəbi ilə bağlı yeniliklər var. Brazilyalı ulduzla müqavilənin nə vaxt bağlanacağı bəlli olub.
La Liqa klubunda baş məşqçi dəyişikliyi
"Malaga"da məşqçi dəyişikliyi reallaşıb. Marselo Romeronu istefaya göndərən klub rəhbərliyi Miqel Miçellə razılığa gəlib. Qarşıdakı günlərdə Miçelin rəsmi təqdimatı keçiriləcək. Marselo Romeronun istefası "Malaga"nın qeyri-qənaətbəxş nəticələri ilə bağlıdır. O, 2016-cı il 28 dekabrda Xuande Ramosun əvəzinə baş məşqçi postuna gətirilmişdi. Romeronun rəhbərliyi altında 10 oyun keçirən komanda 7 məğlubiyyət almışdı. Miçelin son iş yeri isə "Olympiacos" olub.
2 dönər, 1 araq üçün gənc qadını kor qoyan şəxs: "Utanıram"
Keçmiş arvadının üzünə "kislota" atdıran Tural Hüseynov və icra edən Vüqar Kərimovun məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə T.Hüseynov bundan öncə verdiyi ifadələrini təkzib edərək bildirib ki, Vüqara borcu olub, ancaq qaytara bilməyib: "Ola bilər, məndən qisas almaq üçün edib".
Həbsdə olan MTN əməkdaşı: "Özümü təqsirli bilmirəm" - YENİLƏNİB
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Mehriban Əliyeva Birinci vitse-prezidentliyə başlamamışdan əvvəl xalqa hesabatını verib”
“Mehriban Əliyevanın Heydər Əliyev ideyaları ilə silahlanaraq, milli mənəvi dəyərlərimizə söykənərək, peşəkarlığından, işgüzarlığından və prinsipiallığından istifadə edərək üz-üzə dayanmış iki dünyanı - Qərblə Şərqi, sivilizasiyaların, mədəniyyətlərin bir araya gətirmək istiqamətindəki səyləri dünyada olan düzənin, nizamın yaxşılaşması və harmoniyanın olması üçün çox böyük faydalı bir fəaliyyətdir”.
Bakıda polis rəisi işdən çıxarıldı
Bakının rayonlarından birinin polis rəisi təqaüdə göndərilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Cocuq Mərcanlıda raket tapılıb
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində raket tapılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 3 evə baxış keçirilib, 1 439 ədəd qəlpə, 1 ədəd PQ-7VL raketi aşkar edilib.
Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
Bu gün Avropa Birliyinin paytaxtı Brüsseldə, Avropa Parlamentinin binasında “Avropa İttifaqı - Azərbaycan əlaqələri – münasibətlərin daha yüksək səviyyəsinə doğru” başlığı altında siyasi dinləmələr keçirilib.
Ramil Usubov: “Daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır”
Daxili İşlər Nazirliyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş mərasim keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Penitensiar Xidmət qadınları mükafatlandırdı
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə toplantı keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, xidmətin rəis müavini, ədliyyə polkovniki Məhərrəm Qafarov tədbiri açaraq, Azərbaycan qadınının cəmiyyətimizdə böyük rol oynadığını, dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil, səhiyyə və digər mühüm sahələrdə layiqincə təmsil olunduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, Penitensiar xidmətdə də bu gün çox sayda qadın əməkdaş əzmkarlıq və məharətlə müxtəlif xidmət sahələrində çalışır.Tədbirdə Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun Beynəlxalq Qadınlar Günü münasibətilə qadın əməkdaşlara ünvanlanmış təbriki çatdırılmış, xidmətin qadın əməkdaşlarının bayram münasibətilə mükafatlandırılması barədə əmr oxunub.
Səlim Müslümov: “Elektron qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin təqribən 47,4 faizi qadınlarla bağlanan əmək müqavilələridir”
“Azərbaycanın hüquqi və demokratik cəmiyyət modelinin mühüm cəhətlərindən biri də qadınların digər sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olmalarıdır”. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə 8 Mart-Beynəlxalq Qadınlar günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
Azərbaycanda söz və fikir azadlığı üçün geniş imkanlar yaradılır
Azərbaycanda söz, fikir və məlumat azadlığı təxminən mətbuatın tarixi ilə eyni dövrə təsadüf edir. Heç kimə sirr deyil ki, milli mətbuatının inkişaf tarixi uzun və mürəkkəb, lakin şərəfli yol keçib. Ötən dövrün ayrı-ayrı zaman kəsiyində mətbuata qarşı münasibətin fərqlənməsinə baxmayaraq söz və fikir azadlığı məslələri dəyişməz qalıb. Mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, müstəsna haldır ki, Azərbaycanın mətbuat tarixi bir çox dünya ölkələrindən öndə gedir.
Novxanı sakinindən avtomat götürülüb
Novxanı qəsəbə sakini Rövşən Qurbanovdan "AK" markalı avtomat silah götürülüb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ-nin əməkdaşları tərəfindən Novxanı qəsəbə sakini Rövşən Qurbanovdan "AK" markalı avtomat silah götürülüb. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Cəlilabad sakinindən 1 kq narkotik maddə götürülüb
Cəlilabad rayon sakinindən xeyli miqdarda narkotik maddə götürülüb. DİN-dən verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Elnur Quliyevdən 1 kiloqrama yaxın heroin, 935 qram tiryək və 2,17 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. Novxanı sakinindən avtomat götürülüb.














