Penitensiar Xidmət qadınları mükafatlandırdı

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə toplantı keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, xidmətin rəis müavini, ədliyyə polkovniki Məhərrəm Qafarov tədbiri açaraq, Azərbaycan qadınının cəmiyyətimizdə böyük rol oynadığını, dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil, səhiyyə və digər mühüm sahələrdə layiqincə təmsil olunduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, Penitensiar xidmətdə də bu gün çox sayda qadın əməkdaş əzmkarlıq və məharətlə müxtəlif xidmət sahələrində çalışır.Tədbirdə Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun Beynəlxalq Qadınlar Günü münasibətilə qadın əməkdaşlara ünvanlanmış təbriki çatdırılmış, xidmətin qadın əməkdaşlarının bayram münasibətilə mükafatlandırılması barədə əmr oxunub. 

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə toplantı keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, xidmətin rəis müavini, ədliyyə polkovniki Məhərrəm Qafarov tədbiri açaraq, Azərbaycan qadınının cəmiyyətimizdə böyük rol oynadığını, dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil, səhiyyə və digər mühüm sahələrdə layiqincə təmsil olunduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, Penitensiar xidmətdə də bu gün çox sayda qadın əməkdaş əzmkarlıq və məharətlə müxtəlif xidmət sahələrində çalışır.Tədbirdə Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun Beynəlxalq Qadınlar Günü münasibətilə qadın əməkdaşlara ünvanlanmış təbriki çatdırılmış, xidmətin qadın əməkdaşlarının bayram münasibətilə mükafatlandırılması barədə əmr oxunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31