Gündəm
Vətəndaşlar nəqliyyatın icbari sığortasını onlayın şəkildə edəcəklər
Artıq dünyada olduğu kimi, Azərbaycan vətəndaşları da sığortanın ən sadə və ən rahat modeli olan onlayn sığortadan "Elektron hökumət" portalı üzərindən istifadə edəcəklər. Belə ki, "Elektron hökumət" portalının operatoru olan Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən "İcbari nəqliyyat sığortası" adlı xidmət elektronlaşdırılaraq, portala inteqrasiya edilib.
Dünyada 360 dərəcəlik kameraya malik ilk smartfon təqdim edilib
Məlumatları birdəfəlik silən virus aşkar edilib
Bütün “iPhone” modelləri “OLED” ekranlarla təchiz ediləcək
"Cəsur və Gözəl"in ssenari müəllifindən ayrılıq açıqlaması
Dünən "Cəsur və Gözəl"in ssenari müəllifi Ece Yörençin layihədən ayrılması barədə xəbərlər yayılmışdı. Onun "Ay Yapım"ın digər serialı "Kürk mantolu Madonna"ya keçdiyi iddia edilmişdi.
AMEA-nın Naxçıvan Bölməsi elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri haqda hesabat verib
Martın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev bölmə üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri haqda məruzə edib.
Qazaxıstan Azərbaycanın dini təşkilatlarla iş təcrübəsini öyrənməkdə maraqlıdır
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Dinlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayevlə görüş keçirib. Görüş zamanı dini və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir R.Məmmədov Azərbaycanda və Qazaxıstanda insanların sabitlik, tolerantlıq və multikulturalizm şəraitində yaşamalarının əhəmiyyətinə diqqət çəkərək, bunu ölkələrimizin nailiyyəti adlandırıb. Diplomat qeyd edib ki, Yaxın Şərq və Mərkəzi Asiya regionunun bəzi ölkələrində dini ekstremizm və terrorçuluq təzahürləri ilə müşayiət olunan münaqişələr regional təhlükəsizliyə mənfi təsir edir. Ona görə də iki tərəfdaş ölkənin dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac var.
“Multikulturalizm” jurnalının IV sayı
Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Multikulturalizm” jurnalının IV sayının təqdimatı keçilib.
“Azərbaycan və Çin mədəniyyətində ana obrazı”
Martın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan və Çin mədəniyyətində ana obrazı” mövzusunda tədbir keçirilib.
ADU-da milli adət-ənənələrlə bağlı möhtəşəm tədbir
Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsi məqsədi ilə irəli sürdüyü “Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs çərçivəsində ədəbi-musiqili tədbir keçirilib. Tədbirdə xarici ölkələrin respublikamızdakı səfirliklərinin təmsilçiləri, ali təhsil müəssisələrinin rektorları, KİV-in tanınmış nümayəndələri, həmçinin ADU-nun professor müəllim və tələbə heyəti iştirak edib.
"O qız sevgiyə inancını itirdi" - Rəqsanənin qızı ayrılığı təsdiqlədi
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun sevgilisindən ayrılması məsələsi yenidən gündəmə gəlib. Gah küsüb, gah da barışan cütlük bu dəfə münasibətlərinə birdəfəlik son qoyub.
"Azərbaycan enerji təminatının şaxələndirilməsində Almaniyanın strateji tərəfdaşıdır"
Azərbaycan və Almaniya xarici işlər nazirləri arasında diplomatik əlaqələrin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib.














