Alimlər dezoksiribinuklein turşusu əsasında işləyən inqilabi kompüter yaradıblar

Mançester Universitetində çalışan alimlərin kəşfi daha səmərəli kompüterlərin yaradılmasına səbəb ola bilər. Alimlər tərəfindən hazırlanmış özünü kopyalayan kompüterdə hesablamaların aparılması üçün dezoksiribinuklein turşusu (DNT) molekullarından istifadə edilir.

Hesablamalarda dezoksiribinuklein turşusu molekullarından istifadə etmək ideyası ilk dəfə 1994-cü ildə səsləndirilib. Klassik silisiumla müqayisədə bu texnologiya bir sıra üstünlüklərə malikdir. Ən vacib üstünlük özünü kopyalamaq imkanıdır. Bu o deməkdir ki, dezoksiribinuklein turşusu əsasında işləyən kompüter eyni zamanda ixtiyari sayda hesablamalar yerinə yetirə bilər ki, bu da mürəkkəb məsələlərin həllində çox mühümdür.

Məsələn, adi kompüter milyard hesablamanı bir-birinin ardınca yerinə yetirdiyi halda dezoksiribinuklein turşusu əsasında işləyən kompüter, sadəcə, özünün milyard surətini yaradaraq bütün hesablamaları, eyni zamanda, yerinə yetirəcək.

Bu, gələcəkdə öz imkanlarına görə indiki kompüterləri geridə qoyacaq yeni kompüterlər sinfinin yaranmasına səbəb olacaq. "ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31