Sarayda konsert
Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçiriləcək.
7 Mart 2017 16:33 MədəniyyətAprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçiriləcək.
Saraydan "Olaylar" - a bildirilib ki, konsertdə Respublikanın Xalq artistləri Samir Cəfərov, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Əməkdar artistlər Emil Əfrasiyab, Zöhrə Abdullayeva, Mətanət İskəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, Könül Kərimova, Manana, müğənnilər Səbinə Ərəbli, Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Zabitə Alıyeva və "Sevil" qrupu iştirak edəcəklər.
Gecədə bəstəkarın "Bir könül sındırmışam", "Dalğalar", "Sənsən", "Səni tapdı", "Oxu bülbül", "Səadət", "Əlvida", "Qızıl gülüm", "Bir xumar baxışla", "Yandım elə yandım", "Gülandam" və s. sevilən mahnıları səsləndiriləcək.
Maraqlananlar üçünqeydedəkki, biletlərinqiyməti 20-80 manattəşkiledir.