Oğrudan odlu silah götürülüb
Fevralın 8-də Quba rayon sakini Aqil Ələkbərova məxsus yardımçı təsərrüfatdan məişət əşyaları oğurlnıb. DİN-dən verilən məlumata görə, oğurluqda şübhəli bilinən Çiləgir kənd sakini, əvvəllər məhkum olunmuş Zabit Hacıyev Quba RPŞ-nin əməkdaşları tərəfindən tutulub. Araşdırmalar zamanı onun 2010-cu il dekabrın 5-də qardaşı Bəhmanın qol və ayaq nahiyələrinə tüfəngdən atəş açaraq yüngül xəsarət yetirməsi də müəyyən edilib. RPŞ əməkdaşları tərəfindən B.Hacıyevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan "TOZ-B" markalı ov tüfəngi, 12 ədəd patron, 1 qutu barıt aşkar edilərək götürülüb.
7 Mart 2017 17:24 KriminalFevralın 8-də Quba rayon sakini Aqil Ələkbərova məxsus yardımçı təsərrüfatdan məişət əşyaları oğurlnıb. DİN-dən verilən məlumata görə, oğurluqda şübhəli bilinən Çiləgir kənd sakini, əvvəllər məhkum olunmuş Zabit Hacıyev Quba RPŞ-nin əməkdaşları tərəfindən tutulub. Araşdırmalar zamanı onun 2010-cu il dekabrın 5-də qardaşı Bəhmanın qol və ayaq nahiyələrinə tüfəngdən atəş açaraq yüngül xəsarət yetirməsi də müəyyən edilib. RPŞ əməkdaşları tərəfindən B.Hacıyevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan "TOZ-B" markalı ov tüfəngi, 12 ədəd patron, 1 qutu barıt aşkar edilərək götürülüb.