Xocalı məktəblilərinə kitablar hədiyyə olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları Pirşağıda yerləşən Xocalı rayonu 2 nömrəli tam orta məktəbində olublar. Fonddan “Olaylar” – a bildirilib ki, məktəblilərlə görüşən sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Elvin Hətəmov onlara hərtərəfli inkişaf etmək və cəmiyyətdə öz yerini tutaraq layiqli vətəndaş kimi yetişmək üçün kitabların rolundan danışıblar. Uşaqların mütaliəyə marağını stimullaşdırmaq məqsədilə bu dəfə Xocalı məktəblilərinə Azərbaycan Yazıçıllar Birliyinin katibi Rəşad Məcidin hədiyyə etdiyi 50 adda bədii kitab bağışlanıb. Şagirdlər öz yazdıqları şeirlərdən parçalar səsləndiriblər.
7 Mart 2017 16:29 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları Pirşağıda yerləşən Xocalı rayonu 2 nömrəli tam orta məktəbində olublar. Fonddan "Olaylar" - a bildirilib ki, məktəblilərlə görüşən sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Elvin Hətəmov onlara hərtərəfli inkişaf etmək və cəmiyyətdə öz yerini tutaraq layiqli vətəndaş kimi yetişmək üçün kitabların rolundan danışıblar. Uşaqların mütaliəyə marağını stimullaşdırmaq məqsədilə bu dəfə Xocalı məktəblilərinə Azərbaycan Yazıçıllar Birliyinin katibi Rəşad Məcidin hədiyyə etdiyi 50 adda bədii kitab bağışlanıb. Şagirdlər öz yazdıqları şeirlərdən parçalar səsləndiriblər.
Məktəblilərlə görüşdə iştirak edən "Qaranquş" jurnalının baş redaktoru Aysel Zahidqızı nəşrin yeni sayını onlara hədiyyə edib. Baş redaktor onu da bildirib ki, məktəblilərin yaradıcılıq nümunələri vaxtaşırı jurnalda işıqlandırılacaq.
Şagirdlər Bilik Fondunun əməkdaşları ilə görüşdən məmnun olduqlarını bildiriblər.