Bilik Fondu İslam ölkələrinin səfirləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İslam Həmrəyliyi ili" çərçivəsində İslam ölkələrinin respublikamızdakı səfirlikləri və diplomatik nümayəndəlikləri ilə əməkdaşlığa başlayır. Fonddan “Olaylar” – a bildirilib ki, bu münasibətlə ötən gün Bilik Fondunun ilk qonağı Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haq olub.
7 Mart 2017 16:32 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İslam Həmrəyliyi ili" çərçivəsində İslam ölkələrinin respublikamızdakı səfirlikləri və diplomatik nümayəndəlikləri ilə əməkdaşlığa başlayır. Fonddan "Olaylar" - a bildirilib ki, bu münasibətlə ötən gün Bilik Fondunun ilk qonağı Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haq olub.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə keçirilən görüşdə ölkələrin elmi müstəvidə bir-birini yaxından tanımaları mövzusunda fikir mübadiləsi aparılıb.
O.Səmədov Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verib.
Mohamed Elias Mohamed əl-Haq dəvətə və əməkdaşlıq təklifinə görə minnətdarlığını bildirərək 3 il öncə etimadnaməsini təqdim edərkən Azərbaycan Prezidenti cənab İlham Əliyevin ona iki ölkə arasında elmi əlaqələrin genişlənməsi istiqamətində çalışmağı tövsiyə etdiyini deyib.
Martın 7-də Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş da Bilik Fondunda olub. İcraçı direktor O.Səmədov qonağı Fondun strukturu və həyata keçirdiyi layihələrlə tanış edərək "İslam həmrəyliyi" ili çərçivəsində səfirliklə əməkdaşlığın mümkün variantlarını təqdim edib.
Səfir Məhəmməd Adil Embarş səmimi qəbula görə təşəkkürünü bildirib.