Almatıda “Teatr baharı - 2017”

Mart ayının 13-dən 18-dək Almatıda M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi “Teatr baharı - 2017” festivalı baş tutacaq. 1995-ci ildən etibarən davamlı şəkildə keçirilən Festival hər il teatrın görkəmli aktyorlarından birinə həsr olunur. Festivalda teatrın ən son premyeraları nümayiş olunaraq beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir. SSRİ-nin xalq artisti Xadişa Bukeevanın 100 illik yubileyinə həsr edilən bu ilki festival çərçivəsində həmçinin “Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Mart ayının 13-dən 18-dək Almatıda M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi "Teatr baharı - 2017" festivalı baş tutacaq. 1995-ci ildən etibarən davamlı şəkildə keçirilən Festival hər il teatrın görkəmli aktyorlarından birinə həsr olunur. Festivalda teatrın ən son premyeraları nümayiş olunaraq beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir. SSRİ-nin xalq artisti Xadişa Bukeevanın 100 illik yubileyinə həsr edilən bu ilki festival çərçivəsində həmçinin "Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Qeyd edək ki, builki tədbirdə Azərbaycan da təmsil olunacaq.  Belə ki, AMEA-nın Memarlıq və İncəsənət İntitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov festivalda münsif qismində iştirak etmək və master-klass keçirmək üçün Qazaxıstana dəvət olunub. V.Qafarov həmçinin beynəlxalq konfransda "Aktyor sənəti - postdramatik teatrdan əvvəl və sonra" mövzusunda məruzə ilə çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31