Nursultan Nazarbayev gələn ay Azərbaycana səfər edəcək
Gələn ay Qazaxıstan prezidentiNursultan NazarbayevAzərbaycana səfər edəcək. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxış edərkən deyib.
7 Mart 2017 16:20 DünyaGələn ay Qazaxıstan prezidentiNursultan NazarbayevAzərbaycana səfər edəcək. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxış edərkən deyib.
Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsi ilə bağlı sualı cavablandıran E. Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Qazaxıstanla münasibətlərimizi ən yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edib, Qazaxıstanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibəti ilə təbrik edirəm". Apa.az