Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması sosial sifarişdir
Martın 7-də Milli Məclisinin növbəti plenar iclası keçirilib. İclasda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edib. Öncə spiker Oqtay Əsədov M.Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Bildirib ki, Mehriban xanım 12 ildir ki, parlamentdə deputat kimi fəaliyyət göztərir. O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb.
7 Mart 2017 15:42 SiyasətSpiker: "Mehriban xanım millətin və xalqın vəkili olaraq qalacaq"
Martın 7-də Milli Məclisinin növbəti plenar iclası keçirilib. İclasda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edib. Öncə spiker Oqtay Əsədov M.Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Bildirib ki, Mehriban xanım 12 ildir ki, parlamentdə deputat kimi fəaliyyət göztərir. O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb. Mehriban Əliyeva beynəlxalq aləmdə də fəal olub: "Mehriban xanım öz evinə gəlib. Uzun müddət fəaliyyət göstərən Mehriban xanımın yeni vəzifəyə təyin edilməsi Azərbaycanın inkişafına müsbət töhfələrini verəcək. Mehriban xanım millət vəkili olduğu illərdə 4 Aministya Aktının müəllifi olub. Hər akt 10 min insana şamil olunub. Bunu nəzərə alsaq onun nə qədər insana sevinc bəxş etdiyini görə bilərik. O, parlamentdə fəaliyyət göstərdiyi illərdə digər mühüm işlərə imzasını atıb". Ardınca Birinci vitse-prezident Mehriban Əliyeva çıxış edib: "Cənab prezidentin sərəncamı ilə yeni vəzifəyə təyin olunmağımla əlaqədar Milli Məclisdəki fəaliyyətimi dayandırıram. 10 ildən çox millət vəkili fəaliyyət göstərmişəm. Ölkədə keçirilən islahatlar və dövlətçiliyin inkişafına töhfələrini verən digər sahələrdə çalışmışam". I vitse-prezident millətm vəkili olduğu Bakının Xəzər rayonunda son bir ildə gördüyü işlər barədə məlumat verib. O, fəliyyətdə olduğu müddət ərzində insanlara yardım etməyə çalışdığını və olunan müraciətləri yerinə yetirməyə çalışdığını diqqətə çatdırıb: "Yeni təyin olunduğum vəzifədə də uğurla çalışacam. Mənə inanan hər kəsi əmin edirəm ki, öz gələcək fəaliyyətimi məməvi dəyərlər üzərində quracam". M.Əliyeva qeyd edib ki, Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış edib: "Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib. Bütün çıxışlarımda Azərbaycanın ayrılmaq hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal olunması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışam. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb. Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam". Ölkənin birinci xanımı bildirib ki, vicdan, ləyaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir: "Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam. Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərə görə, hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan xanımlarını qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bu illəri birlikdə keçirdiyimiz fəlaiyyətə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Və ümidvaram ki, gələcəkdə də bizim əməkdaşlıq davam edəcək. Tanrı Azərbaycanı hər zaman qorusun!". Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Xanım Mehriban Əliyeva əsasən sosial problemlərin həlli ilə məşğul olacaq və Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq: "Tam əminliklə onu da deyə bilərəm ki, Mehriban xanım çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipal bir adamdır. Bu sahədə özünün dediyi kimi möhtərəm Prezidentimizin ən yaxın silahdaşı kimi, dövlət başçısına yardımçı olacaq".O bildirib ki, xanım Mehriban Əliyevanı xarakterizə edən insani keyfiyyətlərindən biri humanistliyi ilə bağlıdır: "Bu günə qədər Azərbaycanda Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir".Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, M. Əliyevanın birinci vitse-prezident seçilməsini cəmiyyətin sosial sifarişidir.Əlavə edib ki, bu təyinat eyni zamanda Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının təcəssümüdür. S. Novruzov onu da bildirib ki, bu təyinat YAP üçün ikiqat sevinclidir: "Çünki 2013-cü ildə Mehriban Əliyevanın hakim partiyanın sədr müavini seçilməsi YAP-ın fəaliyyətinə yeni impuls verib".Vitse-spiker Bahar Muradova isə deyib ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması Azərbaycan xalqının rifahına xidmət edir: "Biz da daim onun yanındayıq".
Sonra İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova illik məruzəsini təqdim edib. Bildirilib ki, 2016-cı ildə Ombudsmana 20 minə yaxın müraciət daxil olub. Məruzədə qeyd edilib ki, ötən ildə Müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən 2016-cı ildə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq plan üzrə və ya plandankənar olmaqla, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə, 337, o cümlədən plan üzrə 254, plandankənar isə 83 başçəkmə həyata keçirilib.Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 204, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 65, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanası və Müvəqqəti saxlanılma yerinə 4, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 1, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 27, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat , ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərinə 6, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evinə 23, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 5 başçəkmə həyata keçirilib.Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 691, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 497, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 800-dək saxlanılan şəxslə birlikdə, həmçinin bu müəssisələrdə çalışan 500-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici fərdi söhbətlər aparılıb. Müzakirələrdən sonra Ombudsmanın illik hesabatı qəbul edilib.
Alim