İnternet saytlarında yerləşdirilən informasiyalarla bağlı qanunvericiliyə dəyişiklik zərurtə çevrilib
Son illərin təcrübəsi göstərdi ki, ölkədə söz və məlumat azadlığından bir çox hallarda sui-istifadə hallarına yol verilir. Bir sıra hallarda mətbu orqanlar, agentliklər və xəbər portalları yayılması məqsədəuyğun olmayan məlumatları ictimailəşdirir ki, bu da bir çox hallarda milli maraqlar baxımından ziddiyət təşkil edir. Yaxud media hərbi sirlərin bilərəkdən və ya bilməyərəkdən yayılmasını həyata keçirir ki, bu da düşmənlə cəbhədə ziyanımıza işləyir. Bütün bunları nəzərə alaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi nəzərdə tutulur. Dəişikliklər əsasında qəbul ediləcək qanunda bir sıra vacib nüanslar öz əksini tapır.
7 Mart 2017 14:44 SosialHansı məlumatlar 8 saat ərzində saytdan götürülmədikdə məhkəməyə müraciət ediləcək?
Son illərin təcrübəsi göstərdi ki, ölkədə söz və məlumat azadlığından bir çox hallarda sui-istifadə hallarına yol verilir. Bir sıra hallarda mətbu orqanlar, agentliklər və xəbər portalları yayılması məqsədəuyğun olmayan məlumatları ictimailəşdirir ki, bu da bir çox hallarda milli maraqlar baxımından ziddiyət təşkil edir. Yaxud media hərbi sirlərin bilərəkdən və ya bilməyərəkdən yayılmasını həyata keçirir ki, bu da düşmənlə cəbhədə ziyanımıza işləyir. Bütün bunları nəzərə alaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi nəzərdə tutulur. Dəişikliklər əsasında qəbul ediləcək qanunda bir sıra vacib nüanslar öz əksini tapır. Həmçinin bundan sonra xəbər saytlarında bir sıra məlumatların yerləşdirilməsi də qadağan ediləcək. Bəs, əlavələrə əsasən, hansı məlumatların internet saytlarda yerləşdirilməsi qadağan olunacaq?. Məsələyə aydınlıq gətirən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyib ki,terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar, eləcə də zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlamasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışların saytlarda yerləşdirilməsi qadağan olunacaq: "Bundan başqa dövlət sirri təşkil edən məlumatlar, odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama qaydası və üsulları barədə bilgilər, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar, pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid bilgilər qadağan ediləcək. Eyni zamanda qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar,intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan xəbərlər, təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını, əqli mülkiyyət hüquqlarını pozan məlumatlar bu sıraya aiddir". Asif Abdullayev deyib ki, müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş
əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adınınsahibinə və host provayderə xəbərdarlıq edir: "Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanın qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13-3.4-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır. Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır".
Süleyman