Moskva vilayətində “quş qripi” aşkarlanıb

Rusiyanın Moskva vilayətində “quş qripi” virusu aşkarlanıb. İnfeksiyanın ocağı Şelkovski və Sergievo-Posadsk quşçuluq fabriklərində aşkar edilib. Xəbəri İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət Federal Xidməti də təsdiqləyib.

Rusiyanın Moskva vilayətində "quş qripi" virusu aşkarlanıb. İnfeksiyanın ocağı Şelkovski və Sergievo-Posadsk quşçuluq fabriklərində aşkar edilib. Xəbəri İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət Federal Xidməti də təsdiqləyib. Qripin əsasən vəhşi qaz və ördəklərdən keçdiyi müəyyən olunsa da, infeksiyaya bütün növ ev quşları yoluxub. İnfeksiyanın insan qripi ilə rekombinasiya olunacağı halda, qripin insandan insana keçməsi riski yarana bilər. Hazırda infeksiya ocağında profilaktik işlər aparılır. Ərazidə işləyən insanlar nəzarətdədir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31