Beynəlxalq karate turniri keçirləcək
Martın 11-12-i tarixlərində 8-ci "Baku Open" ənənəvi beynəlxalq karate turniri keçirləcək. Bu barədə məlumat “OLAYLAR”-a GİN-dən daxil oilub. Bildirilib ki, Bakı İdman Sarayında müxtəlif yaş qrupları üzrə yarışa 10-dək ölkə karateçiləri qatılacaq. Turnirin ilk günü böyüklər arasında kata və kumite yarışları, həmçinin 40, 50 və 60 yaşdan yuxarı veteran idmançıların çıxışları olacaq. Elə həmin gün saat !7:00-da təntənəli açılış mərasimindən sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək. Yeniyetmə və gənclər isə ertəsi gün tatamiyə çıxacaqlar. Görüşləri yerli hakimlərlə birgə yarış iştirakçıları olan ölkələrin beynəlxalq hakimləri də idarə edəcək. 8-ci "Baku Open" beynəlxalq karate turniri federasiyanın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.
7 Mart 2017 14:36 İdmanMartın 11-12-i tarixlərində 8-ci "Baku Open" ənənəvi beynəlxalq karate turniri keçirləcək. Bu barədə məlumat "OLAYLAR"-a GİN-dən daxil oilub. Bildirilib ki, Bakı İdman Sarayında müxtəlif yaş qrupları üzrə yarışa 10-dək ölkə karateçiləri qatılacaq. Turnirin ilk günü böyüklər arasında kata və kumite yarışları, həmçinin 40, 50 və 60 yaşdan yuxarı veteran idmançıların çıxışları olacaq. Elə həmin gün saat !7:00-da təntənəli açılış mərasimindən sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək. Yeniyetmə və gənclər isə ertəsi gün tatamiyə çıxacaqlar. Görüşləri yerli hakimlərlə birgə yarış iştirakçıları olan ölkələrin beynəlxalq hakimləri də idarə edəcək. 8-ci "Baku Open" beynəlxalq karate turniri federasiyanın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.