“Azərbaycan bölgədə mərkəzi qovşaq rolunu oynayacaq”

Prezident İlham Əliyevin İrana səfəri, səfər çərçivəsində imzalanan sənədlər, dövlət başçıları tərəfindən verilən bəyənatlar deməyə əsas verir ki, artıq iki qonşu dövlət arasındakı münasibətlər ən yüksək səviyyəyə yüksəlib. Bu isə o deməkdir ki, Azərbaycanın regionda yürütdüyü xarici siyasət öz bəhrəsini verib. Beləliklə, Azərbaycan regionda barışdırıcı və nizamlayıcı funksiyasını artırmaqda davam edir. Bunun üçün isə qonşu dövlətlərlə münasibətlərin genişlənməsinə böyük ehtiyac bar. Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korruppsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin indiki mühüm bir dövrdə İrana gerçəkləşən səfəri mühüm əhəmiyyətə malikdir: “Orada imzlanmış sənədlər təkcə Azərbaycan və İranın münasibətlərinin gələcək inkişafı baxımından deyil, eyni zamanda, bölgə ölkələri üçün də yeni əməkdaşlıq imkanları açacaq.

Deputat: "Ölkəmizin regiondakı aktiv rolu Ermənistanı pis vəziyyətə salır"

Prezident İlham Əliyevin İrana səfəri, səfər çərçivəsində imzalanan sənədlər, dövlət başçıları tərəfindən verilən bəyənatlar deməyə əsas verir ki, artıq iki qonşu dövlət arasındakı münasibətlər ən yüksək səviyyəyə yüksəlib. Bu isə o deməkdir ki, Azərbaycanın regionda yürütdüyü xarici siyasət öz bəhrəsini verib. Beləliklə, Azərbaycan regionda barışdırıcı və nizamlayıcı funksiyasını artırmaqda davam edir. Bunun üçün isə qonşu dövlətlərlə münasibətlərin genişlənməsinə böyük ehtiyac bar. Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korruppsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin indiki mühüm bir dövrdə İrana gerçəkləşən səfəri mühüm əhəmiyyətə malikdir: "Orada imzlanmış sənədlər təkcə Azərbaycan və İranın münasibətlərinin gələcək inkişafı baxımından deyil, eyni zamanda, bölgə ölkələri üçün də yeni əməkdaşlıq imkanları açacaq. Bu baxımdan da, Azərbaycan bölgədə üst qatda gedən qlobal çağırışlara uyğun olaraq öz xarici siyasətini çevik şəkildə qurmaqdadır. Bu gün Azərbaycan sıradan olan regional ölkə kimi yox, əksinə, regional və regionlararası proseslərdə aktiv yer alan ölkə rolunda çıxış edir. Odur ki, Azərbaycan bölgədə gedən proseslərdə çox uğurla çıxış edir". Azərbaycan -İran münasibətlərinə gəldikdə millət vəkili deyib ki, İranın Qafqazda böyük maraqlarının olduğunu nəzərə almalıyıq: "Ola bilsin ki, İran Qafqazdakı maraqlarını Ermənistan vasitəsi ilə reallaşdırmaq istəyir. O baxımdan burada hədəfin ancaq Azərbaycan olmadığını da anlamalıyıq. Iran bu yolla bölgədə aparıcı mövqe tutuan Rusiya, Qərb və Türkiyəyə qarşı öz planlarını reallaşdırmaq istəyir. Azərbaycan da İranın bölgədəki maraqlarını yaxşı görür. Və buna uyğun da adekvat siyasətini həyata keçirir. Bunu nəzərə alan Bakı Tehrana regionda daha effektli əməkdaşlıq formatlarını təklif edir". Z. Oruc əlavə edib ki, İ.Əliyevin İrana səfəri, orada keçridiyi görüşlər və görüşlərin yekunu olaraq verilən bəyanatlar dediklərini bir daha sübut edir: "Orada səslənən bəyanatlar bizə onu deməyə əsas verir ki, nəzərdə tutuduğumuz əhəmiyyətli əməkdaşlıq formatları yaxın gələcəkdə reallaşacaq". Millət vəkili deyib ki, Azərbaycan-İran əməkdaşlığı öz bəhrəsini verməkdədir və real nəticə ortadadır. Bunun elə birincisi Azərbaycanla İran arasındakı kommunikasiya əlaqələridir: "Təsəvvür edin, bu, İran üçün nə qədər əhəmiyyətə malikdirsə, Azərbaycan üçün bir neçə tərəfdən böyük əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan İranla dəmir yolları sahəsindəki əlaqələri inkişaf etdirməklə uzun müddət blokada şəraitində yaşayan Naxçıvanın blokadadan çıxmasına nail olur. Bu, təkcə Naxçıvanın blokadadan çıxmasına yox, eyni zamanda, onun iqtisadiyyatının inkişafına da öz töhfəsini verəcək. Bu layihənin reallaşması Ermənistana ciddi zərbə vurur. Və nəticədə İran Ermənistanla nəzərdə tutuduğu layihədən imtina etməli olur. Bax, budur Azərbaycanın bu formatda əməkdaşlıqdan əldə etdiyi uğur". Deputat deyib ki, burada ikinci əsas məsələ Azərbaycanın "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətindəki aktivliyidir: "Eyni zamanda, Azərbaycan tərəfin qısa zamanda dəmiryol xəttini İran sərhəddinə, hətta, onun içərisinədək çəkməsi çox mühüm hadisədir. Bu layihə reallaşdıqdan sonra Azərbaycan Cənub- Şərqi Asiya ilə Avropa arasında bir qovşaq mərkəzi rolunu oynayacaq. Bunlar mühüm məsələdir". O, əlvə edib ki, kommunikasiya təkcə yük daşıma və ya digər xidmət sahələrinin, yaxud, iqtisadiyyatının inkişafı deyil, kommunikasiya eyni zamanda, ölkənin təhlükəsizliyinin təminatında mühüm əhəmiyyətə malik olan bir sahədir: "Azərbaycan təkcə enerji sektorunda və ya digər sahələrdə iqtisadi layihələr həyata keçirərək, iqtisadi inkişafını təmin etməklə yanaşı, həm də özünün etibarlı təhlükəsizliyini də təmin edir. Bir tərəfdən Şərq-Qərb nəqliyyat dəhlizi, digər yandan "Şimal-Cənub" Beynəlxaql Nəqliyyat Dəzlizi layihəsinin reallaşması Azərbaycanın təhlükəsizliyinin daha etibarlı formada təmin olunmasına xidmət edən mühüm strateji bir hədəfdir". Z.Oruc həmçinin deyib ki, İranda keçirilən görüşdə haqlı olaraq Azərbaycanın üçtərəfli əməkdaşlıq formatındakı aktiv iştirakı dilə gətirilib: "Bildirildi ki, Azərbaycan Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-İran formatıdna aktiv iştirak etdiyi kimi, Azərbaycan-Gürcüstan-İran üçtərəfli əməkdaşlıq formatının yaradılmasında da aktiv rol oynayacaq. Biz bu formatdakı əməkdaşlıq istiqamətində mühüm addımlar atmalıyıq. Bölgədəki proseslərdən maksimum yararlanmalıyıq və yararlanırıq da. Bununla biz Ermənistanı digər sahələrdə olduğu kimi, bu sahədə də təklənmiş vəziyyətdə qoymuş və vəziyyəti öz xeyrimizə dəyişmiş oluruq. Baxın, Ermənistan İranla və Gürcüstanla müxtəlif layihələr həyata keçirmək barədə müəyyən razılıq əldə etmişdi. Məhz Azərbaycanın çevik siyasəti nəticəsində Ermənistan təkləndi və bu ölkələr Ermənistan üzərindən nəzərdə tutduquları layihələrdən imtina etmiş oldular". Azərbaycanın regiondakı tənzimləyici rol oynadığını dilə gətirən millət vəkili bildirib ki, Azərbayacan vaxtı ilə üç imperiya varisi olan üç ölkənin əhatəsindədir: "Bunlardan biri Osmanlı imperiyasının müasir varisi Türkiyə, digəri Rusiya imperiyasının varisi olan bugünkü Rusiya və İranın əhatəsindədir. Buna baxmayaraq, Azərbaycan bu ölkələr arasında tənzimləyici rol oynayır. Bu gün bizim İranla münasibətlərimizin inkişafı Türkiyə-İran münasibətlərinə öz müsbət təsirini göstərə bilər. Bu isə bölgədə yeni bir situasiya yaradacaq. Necə ki, Azərbaycan Rusiya-Türkiyə arasındakı münasibətlərdə tənzimləyici rol oynadı və iki ölkə arasındakı əlaqələrin nomallaşmasında uğurlu addım atdı. Əgər Azərbaycan bu mövqeyindən yararlanıb, bu missiyasını davam etdirəcəksə, o zaman gücünü birə-beş artırmış olacaq". Millət vəkili İranda səsələnən bir fikirdən də öz narahatlığını ifadə edib. Bildirib ki, Ayətullah Seyyid Əli Xamneyinin "sionist rejim"in Azərbaycanla İran arasındakı münasibətləri pozması haqqında fikirləri müəyyən narahatçılıq doğurur: "Bizim İsraillə münasibətlərimiz heç bir halda İrana qarşı deyil. Və Azərbaycan bu əməkdaşlıqdan İrana qarşı istifadə etmək niyyətində deyil. Çünki bizim İsraillə hərbi əməkdaşlıq məsələlərində hansısa ölkəyə qarşı istifadə məsələsi yoxdur". Millət vəkili hesab edir ki, Azərbaycanın İranla əməkdaşlığının inkişaf etdirilməsi nəticədə Tehranın İrəvanla əməkdaşlığının zəifləməsinə gətirib çıxarır: "Fikirləşmək ki, İranla əməkdaşlığımız bu sahədə nəticə verməyəcək, bu, yanlışlıqdır. Artıq İranla həyata keçirilən real siyasət nəticəsində biz bunlarını nəticəsini görməkdəyik. Bu əməkdaşlıq artıq Ermənisanın ziyanına işləyir. İran Ermənistanla deyil, daha çox Azərbaycanla əməkdaşlığa üstünlük verir. O baxımdan da, mən iki ölkə arasındakı əməkdaşlığa mühüm önəm verirəm". Millət vəkili onu da bildirib ki, bu gün Azərbaycan Türkiyə ilə "bir millət, iki dövlət" formulasında əməkdaşlıq etdiyi kimi, İranla da əlaqələrini inkişaf etdirmək üçün buna oxşar başqa bir formulada əməkdaşlığını qursun: "Axı, niyə də olmasın? Çünki biz yerləşdiyimiz coğrafiyada toqquşmanı istəmirik. Biz bu imperiya varislərinin gücündən yararlanmaq niyyətindəyik. Biz bu qüvvələr arasındakı toqquşmadan əziyyət çəkmək istəmirik. İndiyədək bu toqquşmalardan xeyli əziyyət çəkmişik. Ona görə də mən Azərbaycan Prezidentinin İrana səfərini dövlətimizin mənafeyi baxımından önəmli hadisə kimi dəyərləndirirəm". 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31