Deputat: “Mehriban Əliyeva Azərbaycanı boykot edənləri və ona dəstək verənləri utandırdı”

Mehriban xanım Əliyeva təşkilatçılıq qabliyyəti ilə Azərbaycanın düşmənlərini və ona dəstək verənləri utandırdı. “Olaylar” xəbər verir ki, bu fikri millət vəkili Fəzail İbrahimli Milli Məclisin bu gün keçirilən iclasında Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı çıxışı zamanı deyib. Onun sözlərinə görə, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini kənara qoyub, təkcə dünya və Azərbaycan tarixində şərəflə yazılacaq Birinci Avropa Oyunlarındakı təşkilatçılıq qabliyyəti və bu oyunun ölkəmizdə keçirilməsi ilə tarixə öz adınızı yazdırmış oldunuz.

Mehriban xanım Əliyeva təşkilatçılıq qabliyyəti ilə Azərbaycanın düşmənlərini və ona dəstək verənləri utandırdı. "Olaylar" xəbər verir ki, bu fikri millət vəkili Fəzail İbrahimli Milli Məclisin bu gün keçirilən iclasında Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı çıxışı zamanı deyib. Onun sözlərinə görə, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini kənara qoyub, təkcə dünya və Azərbaycan tarixində şərəflə yazılacaq Birinci Avropa Oyunlarındakı təşkilatçılıq qabliyyəti və bu oyunun ölkəmizdə keçirilməsi ilə tarixə öz adınızı yazdırmış oldunuz. F.İbrahimli əlavə edib ki, Birinci Avropa Oyunlarının açılış mərasimində kürsüyə çıxan Mehriban Əliyeva bir daha dünyanın diqqətini Azərbaycana yönəltməklə yanaşı, Azərbaycan həqiqətlərini bir dünya ictimaiyyətinə çatdırdınız. " Mehriban xanımın yüksək təşkilatçılıq qabliyyatı ilə bir daha Azərbaycanı dünyaya qalib və qüdrətli bir ölkə kimi təqdim etdi. Mehriban xanım yüksək təşkilatçılıq qabliyyəti ilə bu oyunları boykot edən ölkələri və ona dəstək verən qüvvələri utandırdınız. Mehriban xanım nimdaş və boz sifətləri utandırdınız"- deyə, F. İbrahimli vurğulayıb. F.İbrahimli M. Əliyevaya gələcək fəaliyyətində uğurlar arzuladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31