Əli Əmirlinin əsəri Ümumrusiya teatr festivalında

"Tatar-inform"un verdiyi xəbərə görə martın 12-də Tatarıstan Respublikasının Buinsk şəhərində Volqaboyu və Ural xalqları teatrlarının "İdel - Bua - Ural - dialoq məkanı" adlı Birinci Ümumrusiya teatr festivalı start götürəcək. Festivalda Qazağıstan, Tatarıstan, Başqırdıstan, Udmurtiya, Mari-El, Ulyanovck vilayəti, Komi və Kalmıkiya Respublikalarının teatrları çıxış edəcək.

Zəngin repertuar proqramı olan festivala Kalmıkiya Milli Dram Teatrı Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin "Gözlə məni" ("Дождись меня") dramının tamaşası ilə qatılacaq. Ötən ilin dekabrında uğurlu premyerası baş tutmuş tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Ə.Əmirlinin Kalmık mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Sanci Balıkovun "Zalamca" povestinin motivləri əsasında yazıb, janrını "tale dramı" kimi müəyyənləşdirdiyi pyes atçılıq zavodunun sahibi Şavel Aduçevin ərköyün qızı Zalamca ilə kasıb stanitsa müəllimi Danzan arasındakı məhəbbət və ayrılıq, ümid və həsrət haqqında dastandır.

Qeyd edək ki, Kalmık teatrının Ə.Əmirli yaradıcılığına üçüncü müraciətidir. "Gözlə məni" tamaşasından əvvəl teatr dramaturqun "Sevən qadın" (rejissoru B.Osmanov) və Vera Şuqrayeva ilə birgə yazdığı "Qohumlar" (rejissoru B.Manciyev) komediyalarını tamaşaya qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31