Beren Saat: "Ötən il vətən xaini idim, bu il Şərəf mükafatı aldım"- VİDEO

Aktrisa Beren Saat "Milli Mövqe Şərəf Mükafatı"na ("Ulusal Duruş Onur Ödülü") layiq görülüb. Milli Hərəkat Platformu tərəfindən 11 universitetdə gənclərlə aparılan anket nəticəsində 27 tanınmışa mükafat verilib. B.Saat öz mükafatını alarkən son bir ilin onun üçün çox çətin keçdiyini bildirib: "Mənim haqqımda danışmaq üçün daha bir yeni mövzu çıxdı. Vətən xainliyindən Şərəf mükafatına qədər gedən bir il... Çətin il, amma nəticəsi gözəl oldu. Yaxşı ki Atatürk övladıyam, bütün bunları yaşayıram".

Qeyd edək ki, B.Saat ötən il Türkiyədəki terror hadisələrinə görə başsağlığı yazmadığı üçün sosial mediada tənqid edilmiş, "Vətən xaini" adlandırılmışdı. Aktrisa bundan sonra bütün bunların oyun olduğunu, belə hadisələrin baş verəcəyini daha əvvəllər dediyini bildirmişdi. Açıq ifadə etməsə də, prezident Rəcəb Tayyip Ərdoğanın siyasətini bəyənməyən B.Saat  tənqidlərdən sonra sosial mediada uzun müddət paylaşım etməmişdi. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31