Əbülfəs Qarayev Almaniyaya səfər edib
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 8-12 mart 2017-ci il tarixində keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Almaniyanın Berlin şəhərində səfərdədir.
6 Mart 2017 18:22 SosialAzərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 8-12 mart 2017-ci il tarixində keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Almaniyanın Berlin şəhərində səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, cari ilin 7 mart tarixində sərginin açılış mərasimi, 8 mart tarixində isə Azərbaycanın stendinin açılışı baş tutacaqdır. Səfər çərçivəsində nazir Əbülfəs Qarayev ilə Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrens, İTB Berlin sərgisinin rəhbəri David Rüts və Bundestaqın Turizm Komitəsinin sədri Hayke Bremer arasında görüşlərin keçirilməsi nəzərdə tutulur. Əbülfəs Qarayevin həmçinin cari ilin 8 mart tarixində İTB Berlin sərgisi çərçivəsində keçiriləcək İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirdə iştirakı planlaşdırılır.