Radikallar Mehman Hüseynovdan “siyasi məhbus” düzəltməyə çalışırlar

“Ölkədə imkan düşdükcə ictimai-siyasi sabitliyi pozmağa, bu və ya digər hadislərdən yararlanmağa çalışan radikal müxalifət indi də Mehman Hüseynovdan istifadə etməyə çalışır”. Belə bir açıqılama ilə çıxış edən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili “OLAYLAR”-a bildirib ki, adıçəkilən düşərgə əsassız olaraq Mehman Hüseynovun həbsini siyasiləşdirməyə cəhd göstərir: “Hər kəsə bəllidir ki, Mehman Hüseynovun həbsində heç bir siyasi motiv yoxdur.

"Ölkədə imkan düşdükcə ictimai-siyasi sabitliyi pozmağa, bu və ya digər hadislərdən yararlanmağa çalışan radikal müxalifət indi də Mehman Hüseynovdan istifadə etməyə çalışır". Belə bir açıqılama ilə çıxış edən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili "OLAYLAR"-a bildirib ki, adıçəkilən düşərgə əsassız olaraq Mehman Hüseynovun həbsini siyasiləşdirməyə cəhd göstərir: "Hər kəsə bəllidir ki, Mehman Hüseynovun həbsində heç bir siyasi motiv yoxdur. O, radikalların iddia etdiyi kimi heç də peşə fəaliyyətinə və siyasi mövqeyinə görə həbs edilməyib. Sadəcə Mehman Hüseynovun əməllərində cinayət tərkibi olduğu üçün o məhkəmənin qərarı ilə iki il azadlıqdan məhrum edilib". Toğrul Allahverdili məhkəmənin sifarişlə işləməsi iddiasını da rədd edib: " Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun deidyi kimi məhkəmələr də yalnız qanunvericiliyin tələblərini rəhbər tutur və qanuna uyğun qərarlar çıxarırlar. Eyni zamanda, Azərbaycanın məhkəmə sistemi hüquqlarının pozulduğunu iddia edən hər bir şəxsə yuxarı məhkəmə instansiyasında hüququnu bərpa etmək imkanını təmin edir". ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri bildirib ki, radikallar Mehman Hüseynovdan "siyasi məhbus" düzəldib ondan öz maddi maraqları naminə istifadə etməyi düşünürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31