Şimali Qafqazda dəhşətli uçqun: 7 nəfər həlak oldu - VİDEO

Kabarda-Balkardakı Çeqet dağında qar uçqunu nəticəsində 7 nəfər həlak olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yetkilisi Kantemir Berovun dediyinə görə, uçqunun altından cəsədlər çıxarılıb.

Kabarda-Balkardakı Çeqet dağında qar uçqunu nəticəsində 7 nəfər həlak olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yetkilisi Kantemir Berovun dediyinə görə, uçqunun altından cəsədlər çıxarılıb. Cəsədləri tapılanlar 29 yaşlı Vladimir Şanin və onun həyat yoldaşı, 25 yaşlı Yana Şaninadır.  Uçqunun digər qurbanları 27 yaşlı Nina Sobol, 34 yaşlı Aleksandr İvanov və Nijni Novqorod sakini 30 yaşlı Oksana Sannikovadır. Həlak olmuş iki nəfərin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Vladimir və Yana Şanina bu yaxınlarda ailə qurmuşdular. Xilasetmə və axtarış işlərində Rusiya FHN-nin 49 əməkdaşı iştirak edib. Uçqun Çeqet dağının xizəkçiliyin yasaqlandığı yamacında, 3400 metr yüksəklikdə, "Şimal Sirki" deyilən yerdə  başlanıb. Bu barədə Milli.az İtar-TASS-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31