Ötən il 2142 narkoman qeydiyyata götürülüb
Bu ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan narkomanların ümumi sayı 29448 nəfərdir. Onlardan dispanser qeydiyyatında olanlar 24056, profilaktik isə 5392 nəfərdir.
6 Mart 2017 16:58 SosialBu ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan narkomanların ümumi sayı 29448 nəfərdir. Onlardan dispanser qeydiyyatında olanlar 24056, profilaktik isə 5392 nəfərdir. Narkoman qadınların ümumi sayı 612 nəfər təşkil edir. Toksikomanların ümumi sayı isə 183 nəfərdir. Ümumilikdə 2016-cı il ərzində 2142 narkoman qeydiyyata götürülüb. Onlardan 1576 nəfəri dispanser qeydiyyatında olanlar, 575 nəfəri isə profilaktikdir. Ötən il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı-1249 nəfər olub ki, onlardan 691-i dispanser qeydiyyatında olanlar, 558 isə profilaktik olanlar təşkil edib. Hesabat dövründə inyeksion narkotik istifadəçilərinin sayı 20576 nəfər olub. Onlardan 459 nəfəri qadındır. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov bildirib ki, 2016-cı il ərzində Respublika Narkoloji Mərkəzində (RNM) 2852 nəfər müalicə alıb. Onlardan 1183 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" (F10), 1364 nəfəri isə "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları" (F11) diaqnozları ilə müalicəyə qəbul edilmişdir. RNM-də, həmçinin metadonla əvəzedici müalicə proqramı həyata keçirilir. Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 196 xəstə müalicə alır. Onlardan RNM-də 147 nəfəri, 49 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzindədir. Mərkəzdə 2016-cı il ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinələrdən 27825 nəfər keçib. Onlardan 1113 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 590 nəfərdə bu hal aşkarlanıb. Eyni zamanda, Ədliyyə Nazirliyi tərəfindən RNM-nə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması da təmin olunub. Respublika üzrə 2016-cı il ərzində ekspertizadan cəmi 3173 nəfər keçib. Onlardan 1626 nəfərə məcburi müalicə təyin olunub. Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 13 nəfərdir, onlardan 4 nəfərinin müalicəsi hazırda davam edir.