TİKA rəhbəri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə görüşüb
Ankara şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Sərdar Çam ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyət və irsinin mühafizəsi və dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırdığı layihələrindən bəhs edib.
6 Mart 2017 17:02 SosialAnkara şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Sərdar Çam ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüş zamanı G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyət və irsinin mühafizəsi və dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırdığı layihələrindən bəhs edib. S.Çam öz növbəsində TİKA-nın fəaliyyəti, onun müxtəlif ölkələrdəki nümayəndəlikləri barədə məlumat vermiş, Fondun Türk dünyasına xas tarixi-mədəni mirasın qorunması və təbliğ edilməsinə dair fəaliyyət perspektivlərini yüksək qiymətləndirib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında sıx dostluq münasibətlərinin daha da möhkəmlənməsinin vacibliyinə toxunulub, Türkiyədə 15 iyul hadisələri zamanı dövlət və millətin demokratiya uğrunda mübarizəsinin, eyni zamanda son zamanlar baş verən terror hadisələrinə qarşı mübarizənin Azərbaycan tərəfindən dəstəkləndiyi qeyd edilib.