2 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Kedçən il Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 2 ton 150 kq 529,354 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 21.532 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
6 Mart 2017 16:59 SosialKedçən il Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 2 ton 150 kq 529,354 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 21.532 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının "Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi"ndə əksini tapıb. Bildirilib ki, müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 654 kq 081,557 qr-ı marixuana, 225 kq 544,966 qr-ı tiryək, 1 ton 186 kq 270,004 qr-ı heroin, 42 kq 211,316 qr-ı həşiş, 42 kq 400,711 qr-ı psixotrop maddələr və digərləri, 11976 ədədi həb, o cümlədən 21.532 ədəd çətənə kolu olub. Ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən cəmi 3411 fakt aşkar edilib ki, onlardan 888-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2221-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 259-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 43-ü isə digərləri olub.