“Hacı Zeynalabdin Tağıyev klubu”nun növbəti məşğələsi
6 Mart 2017 17:12 Mədəniyyət2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində görkəmli sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub fəaliyyət göstərir. Muzeydən "Olaylar" - a bildirilib ki, ötən gün klubun növbəti məşğələsi təşkil edilib. "H.Z. Tağıyev və neft sənayesi" adlı mühazirə Muzeyin elmi katibi, H.Z. Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab və çoxsaylı məqalələr müəllifi, t.ü.f.d. Fərhad Cabbarov tərəfindən aparılıb. Dövrü əks etdirən fotoşəkil və sənədlərdən ibarət foto-slaydın müşaiyəti ilə keçirilən mühazirədə H.Z. Tağıyevin Azərbaycan neft sənayesində rolu haqqında ətraflı məlumat verdi.
Dinləyicilərin mövzu ilə bağlı verilmiş çoxsaylı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırıldı. Sonda Ombudsmanın Ahılların Resurs Mərkəzinin üzvləri və şagirdlər maraqlı mühazirəyə görə F.Cabbarova öz təşəkkürlərini bildirdilər.
Məşğələdən sonra klub üzvləri "H.Z. Tağıyevin xatirə muzeyi"ni də ziyarət etdilər.