“Dünyəvi dövlətdə İslam və milli birlik” mövzusunda tədbir keçirilib
Binəqədi rayonu 276 saylı orta məktəbdə “Dünyəvi dövlətdə İslam və milli birlik” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Fidan Aslanova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, məktəbin direktoru Bəhram Şiriyev, adıçəkilən məktəbin, eləcə də rayon ərazisindəki 32 məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, müəllimləri, uşaq birliyinin rəhbərləri, məktəblərin psixoloqları, valideyin komitəsinin nümayəndələri və şagirdlər iştirak ediblər.
6 Mart 2017 17:08 SosialBinəqədi rayonu 276 saylı orta məktəbdə "Dünyəvi dövlətdə İslam və milli birlik" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Fidan Aslanova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, məktəbin direktoru Bəhram Şiriyev, adıçəkilən məktəbin, eləcə də rayon ərazisindəki 32 məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, müəllimləri, uşaq birliyinin rəhbərləri, məktəblərin psixoloqları, valideyin komitəsinin nümayəndələri və şagirdlər iştirak ediblər. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Fidan Aslanova xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasını və gələcək nəsillərə ötürülməsini ölkəmizdə dövlət və din arasında anlaşmanın bütün dünya üçün parlaq bir örnək olduğunu ifadə ediblər. Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov öz çıxışı zamanı dini maarifləndirmə sahəsində görülən işlərdən və həyata keçirilən layihələrdən söz açıb.