28 nəfərdə İİV-infeksiyasına yoluxma faktı aşkar olunub
2016- cı il ərzində narkomaniyaya düçar olmuş insanların qanının İİV-ə müayinəsi nəticəsində, onlardan 28 nəfərində İİV-infeksiyasına yoluxma faktı təsdiq olunub. “OLAYLAR”-ın xəbərinə görə, zərərin azaldılması proqramı çərçivəsində, İİV-müsbət İNİ-in əvəzedici metadon terapiyaya cəlb edilməsi davam etdirilib
6 Mart 2017 17:12 Sosial2016- cı il ərzində narkomaniyaya düçar olmuş insanların qanının İİV-ə müayinəsi nəticəsində, onlardan 28 nəfərində İİV-infeksiyasına yoluxma faktı təsdiq olunub. "OLAYLAR"-ın xəbərinə görə, zərərin azaldılması proqramı çərçivəsində, İİV-müsbət İNİ-in əvəzedici metadon terapiyaya cəlb edilməsi davam etdirilib. 2009-cu ilin may ayından etibarən əvəzedici metadon terapiyanın Respublika QİÇS-lə Mübarizə Mərkəzinin binasında yerləşən Narkoloji Dispanserin bölməsində həkim-narkoloqlar tərəfindən təşkil edilməsi, İİV-müsbət İNİ-lərin proq ra ma daha geniş cəlb edilməsinə şərait yaradıb. 2016-cı ilin sonunadək əvəzedici metadon terapiyaya 113 İİV-müsbət İNİ-i cəlb edilib. Onlardan 14 nəfəri 2016-cı il ərzində olmuşdur. İİV-müsbət insanlar tərəfindən yoluxdurma təhlükəsinin azaldılması və İİV-in yayılmasının qarşısının alınması, eləcə də İİV-lə yaşayan insanların həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində xəstələrə antiretrovirus preparatları ilə terapiya (ARV-terapiya) tədbiq edilməkdədir.