Göyçayda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu salınır 

Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun ümumi uzunluğu 17 km-dir. Salınacaq yolun 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə yolun çiyinlərinin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işləri zamanı sözügedən yol 6-7 metrdən 10 metrə qədər genişləndirilir.

Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan məlumata görə, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun ümumi uzunluğu 17 km-dir. Salınacaq yolun 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə yolun çiyinlərinin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işləri zamanı sözügedən yol 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Hazırda yol boyu torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir. Torpaq işləri bitdikdən sonra yola 2 qat asfalat- beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 12 sm olmaqla yolun 100 min m2 - dən çox ərazisinin asfatlanması nəzərdə tutulub. Layihə çərçivəsində suların ötürülməsi üçün 55 yerdə müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, mövcud 1 avtomobil körpüsü isə əsaslı şəkildə bərpa ediləcək. Tikinti işləri bitdikdən sonra isə yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 37 ədəd yol nişanı qoyulacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması 6 yaşayış məntəqəsinin sakinlərinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31