Dini savadlılığın artırılması mövzusunda görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dini savadlılığın artırılması mövzusunda görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşün keçirilməsində əsas məqsəd dini savadlılığın artırılması, uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin təmin edilməsindən ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dini savadlılığın artırılması mövzusunda görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşün keçirilməsində əsas məqsəd dini savadlılığın artırılması, uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin təmin edilməsindən ibarətdir. Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, hər iki qurumun əməkdaşları və paytaxtın məktəb direktorları iştirak ediblər. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış "Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq, paytaxt məktəblərində müvafiq tədbirlərin keçirildiyini bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gənclərin dini radikalizm və ekstremizmin zərərli təsirlərindən qorunması üçün aparılan maarifləndirmə işlərindən danışıb. Komitə sədri qeyd edib ki, ümumi təhsil müəssisələrində dini savadlılığın artırılması ilə bağlı yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31