Məşğulluq siyasətinə ləkə gətirən sahibkarlar

Hazırda məşğulluq problemi dünya ölkələrini cənginə almaqdadır. Hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə işsizlik məsələsi aktual olaraq qalır. Dünyada baş verən qlobal maliyə böhranı və miqrasiya məsələləri işsizliyin səviyyəsiini artmasana səbəb olub. Belə bir şəraitdə Azərbaycanda işsizliyin səviyyəsinin minimuma endirilməsi istiqamətində kifayəq qədər effektli tədbirlər həyata keçirilib.

İşəgöterənlər peşəkar kadrlara deyil, qısa ətəkli qadınlara üstünlük verirlər

Hazırda məşğulluq problemi dünya ölkələrini cənginə almaqdadır. Hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə işsizlik məsələsi aktual olaraq qalır. Dünyada baş verən qlobal maliyə böhranı və miqrasiya məsələləri işsizliyin səviyyəsiini artmasana səbəb olub. Belə bir şəraitdə Azərbaycanda işsizliyin səviyyəsinin minimuma endirilməsi istiqamətində kifayəq qədər effektli tədbirlər həyata keçirilib. Nəticədə ölkədə rəcmi işsizliyin səviyəsi illik hesablamada 0,3 bənd azalaraq 5,9 faiz təşkil edib ki, bu da əksər Avropa ölkələrinin göstəricilərindən aşağıdır. Yeni iş yerlərinin yaradılması istiqamətində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində təkcə ötən il 190 min yeni iş yeri açılıb ki, bunun da 148 mini daimi iş yerləridir. Lakin bütün görülən işlərə, həyata keçirilən tədbirlərə baxmayaraq hələ də ölkədə məşğulluq problemi müşahidə olunmaqdadır. Son məlumata görə, ölkədə yeni-yeni iş yerlərinin açılmasına baxmayaraq 30 minə qədər iş yerləri bağlanıb. O da etiraf edilməlidir ki, məşğulluq probleminin yaranmasında subyektiv faktorlar əhəmiyyətli dərəcədə rol oynayır. Bu sünii faktorlar xarici və müştərək müəssisələrdən tutmuş transmilli şirkətlər, eləcə də özəl sektor və dövlət müəssisələrini əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünün müsbət nəticəsi kimi, dövlət təşkilatlarında 40 minədək iş yeri yaradılaraq bu barədə məşğulluq orqanlarına vakansiyalar təqdim edilib. Həmin vakant iş yerlərinə göndərişlərin verilməsində şəffaflıq tam təmin olunub. Göründüyü kimi ölkə vətəndaşlarının işlə təmin olunmaları üçün kifayət qədər imkanlar mövcuddur. Lakin baxmayaraq ki, ölkə qanunvericiliyində sadalanan müəssisə və təşkilatlarda vətəndaşların çalışmaları üçün qaydalar, güzəştlər və hətta kvotalar müəyyən edilib, ancaq reallıqda işəgötürənlər öz yazılmamış qaydalarını tətbiq edirlər. 

Gənc, yoxsa təsrübəli kadr?

Məlumata görə, bəzi işəgötürənlər heş bir yazılmış qanuna sığmayaraq işə qəbul üçün maksimum yaş müddətinin 25-30 olmasını, əlavə olaraq, həmin sahə üzrə bir neçə illik iş təcrübəsinin olmasını tələb edirlər ki, bu da yeni işə qəbul olunmaq istəyən gənclərin iş tapmasına ciddi maneələr yaradır. Belə qaydalar, dövlət qulluğuna qəbulla yanaşı özəl sektorda da tətbiq edilməkdədir. Hüquq mühafizə orqanlarında isə birmənalı olaraq gənclər üçün işə qəbul həddi 30 yaşla tamamlanır. Digər bir məsələ iş stajı ilə bağlıdır ki, hazırda ali təhsili bitirən əksər gənclər bu problemi yaşamaqdadır. Xatırladaq ki, indi gənclər ali təhsili əsasən 22 yaşında bitirir, onların təhsil müddətində iş stajı əldə etməsi isə mümkünsüz görünür. Belə halda onlardan ən azı 2 illik iş stajının tələb edilməsi heç bir məntiqə sığmır. İşləyən şəsxlərin 65 yaşından təqaüdə göndərilməsi isə əlavə problemlər yaradır. Nəzərə almaq lazımdır ki, hazırda pensiyaların təyinatı işçinin ödədiyi sosail sığorta haqqına görə müəyyən edilir. Əksər işəgötürənlər ikili mühasibat sistemi tətbiq etdiyindən işçilərin böyük hissəsi bu ödəməni təmin etməkdən məhrumdurlar. Belə halda onların yaşa görə alacaqları pensiya heç onların gündəlik tələbatını ödəməyə yetərli olmayacaq. Yaxın 5-6 ildən sonra bu kateqoriyadan olan insanların yaşam tərzini təsəvvür etmək olduqca ağrılıdır. Qadınların işlə təminatı məsələsi isə tamamilə acınacaqlı bir hal alıb. Çünki onların işə götürülməsi üçün xüsusi qaydalar tətbiq edilməkdədir. 

İşəgötürınlər qısa ətəkli "xanım" axtarırlar 

Özəl sektorun bəzi sahələrində isə ölkənin əmək qanunvericiliyi deyil, işəgötürənin şəxsu qanunları tətbiq olunmaqdadır. Belə ki, sahibkarların öz istəkləri və zövqlərinə uyğun qaydalar tətbiq etməsi qadınların qarşısında keçilməz bir baryer yaradır. Daha dəqiq, qadınların şalvar, yaxud qısa ətəkdə, saçlarının saraldılması ilə işə cəlb edilməsi tələbi onlar üçün əməlli başlı problem yaradır. Yeri gəlmişkən belə tələblər həm yerli, həm də xarici şirkətlərin iş elanlarında açıq-aşkar əksini tapır. Üstəlik bir neçı xarici dilin bilməsinin tələb edilməsi indiki şəraitdə gülünc görünür. Təsəvvür edin ki, adi referent işləmək üçün bir neçə xarici dilin bilməsinin tələb edilməsi insanların əl-qolunu bağlamış olur. Onu da qeyd edək ki, hazırda işləyən qadınlar bir sıra problemlərlə üzləşmək zorunda qalırlar. Qadınların analıq məzuniyyəti, körpə uşaqlara qulluqla bağlı qanunvericilikdə müəyyən edilmiş güzəştlərin tətbiqi demək olar ki, işəgötürənlərin marağında deyil. Bu kimi əmək hüquqlarını tələb edən qadınlar analıq məzuniyyəti adı altında işdən kənarlaşdırılır. Ona görə də bəzi qadınlar uşaq dünyaya gətirdiyi günə qədər işləmək məcburiyyətində qalırlar. Vəziyyət o həddə çatıb ki, əhalinin işlə təmin edilməsində yardımçı rolunu oynayan məşğulluq mərkəzlərinin göndərişləri işəgötürənlərin prinsiplərini adlaya bilmir. Yeri gəlçişkən qeyd edək ki, bəzi dövlət və özəl müəssisələrin vakant iş yerlərini gizlətməsi məşğulluq probleminin həllində əməlli-başlı maneə yaradır. Düzdür, müasir bazar iqtisadiyyatının tələblərinə görə, işçinin hansı şərtlərlə işə götürülməsi sahibkarlara diktə edilə bilməz. Çünki sahibkarların da öz maraqları var və onlar bu maraqlarına uyğun olaraq, işə daha təcrübəli və bacarıqlı işçi qəbul etmək istəyirlər. İşəgötürənlər daha savadlı, enerjili və bacarıqlı işçilər axtarır. Lakin məsələ orasındadır ki, işəgötürənlər bacarıqlı və peşəkar kadr əvəzinə, qıza ətəkli, yaxud dar şalvarlı qadınlara üstünlük verirlər. 

Sosial məsuliyyət anlayışı nəzərə alınmır

Xatırlqdaq ki, "Məşğulluq Haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sosial müdafiəyə xüsüsi ehtiyacı olan vətəndaşlar kateqoriyası müəyyən edilib. Belə ki, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, məcburi köçkünlər, müharibə veteranları və şəhid ailələri bu kateqoriyaya daxildir. Lakin işəgötürənlər nəinki əlillərə və cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar qanunvericilikdə nəzərdə tutulan kvotanı tətbiq edir, əksinə, əmək qanunvericiliyinin icrasından yayınırlar. Lakin nəzərə almaq lazımdır ki, son illər Azərbaycanda qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəli nəticələr verməsinə imkan yaradıb. Lakin, işəgötürənlər tərəfindən işaxtaranlara qarşı sərgilənən qeyri-etik davranış tərzi ölkədə həyata keçirilən məşğulluq siyasətinə kölgə salmış olur. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31