Neft bazarının durumu bir az da qara görünür
“Əvvəldən də gözləndiyi kimi ABŞ-ın şist layihələri OPEK və Rusiyanın qiymət artımına yönəlik təşəbbüslərinin təsirini əhəmiyyətli dərəcədə azaldır. Son məlumata görə, axır 1 ayda şist yataqlarının sayı 2015-ci ilin oktyabrından sonra ən yüksək həddə çatıb. 2016-cı ilin sentyabrından sonra hər ay ABŞ-ın gündəlik şist neft hasilatı orta hesabla 125 min barrel artıb. Halbuki 2011-2014-cü illərdə gündəlik artım 93 min barreldən çox olmamışdı. Sürətli artım nəticəsində hazırkı dövrə ölkənin ümumi neft hasilatı gündəlik 9 mln. barreli ötüb. Rusiyalı energetika ekspertləri yazır ki, onlar ABŞ-da neft hasilatının belə sürətli bərpa olunacağını gözləmirmiş”.
6 Mart 2017 15:12 İqtisadiyyat"Əvvəldən də gözləndiyi kimi ABŞ-ın şist layihələri OPEK və Rusiyanın qiymət artımına yönəlik təşəbbüslərinin təsirini əhəmiyyətli dərəcədə azaldır. Son məlumata görə, axır 1 ayda şist yataqlarının sayı 2015-ci ilin oktyabrından sonra ən yüksək həddə çatıb. 2016-cı ilin sentyabrından sonra hər ay ABŞ-ın gündəlik şist neft hasilatı orta hesabla 125 min barrel artıb. Halbuki 2011-2014-cü illərdə gündəlik artım 93 min barreldən çox olmamışdı. Sürətli artım nəticəsində hazırkı dövrə ölkənin ümumi neft hasilatı gündəlik 9 mln. barreli ötüb. Rusiyalı energetika ekspertləri yazır ki, onlar ABŞ-da neft hasilatının belə sürətli bərpa olunacağını gözləmirmiş". "OLAYLAR"-ın iqtisadçı ekspert Rövşən Ağayevə istinadən verdiyi xəbərə görə, maraqlı məqamlardan biri budur ki, ənənəvi neft hasilatının nəhənglərindən olan Exxon Mobil xərctutumlu iri layihələrdin bir hissəsindən imtina edərək şist layihələrinə böyük sərmayə qoymağa başlayır: "Şirkətin proqnozuna görə, 2025-ci ilədək şist hasilatı hesabına ABŞ-ın neft hasilatı 20% artacaq. Şist hasilatının sürətli bərpasını təmin edən səbəblərdən biri son 3 ildə maya dəyərinin 2 dəfədən çox aşağı düşməsidi. Hazırda orta hesabla 1 barrelin maya dəyəri 35 dollar ətrafındadı. Maraqlı burasıdır ki, ənənəvi neft hasilatında xərclərin qismən də olsa artımı fonunda yeni texnolgiyalar şist hasilatını sürətlə daha da ucuzlaşdırır. Görünən odur ki, bu durum OPEK-i hasilatın azalması ilə bağlı növbəti qərarlardan çəkindərəcək - bazarları daha da əldən verməmək üçün. FED-in uçot dərəcəsini artırmaqla bağlı gözlənilən qərarını da nəzərə alanda, yaxın aylarda qara neft bazarının durumu bir az da qara görünür. Nefti gerçəkdən də unutmaq lazmdı. Biz onu unuda bilməsək də, o neftsevərləri unutmaqda çox qərarlı görünür".