Cənubi Qafqazda təhlükəsizliyə ciddi maneə
“Moskvanın ikibaşlı Qarabağ siyasəti Cənubi Qafqazda təhlükəsizliyə ciddi maneədir”. Bu fikirləri “OLAYLAR”–a Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, bu Rusiyanın regionda millətlərarası münaqişənin qızışdırılması, etnik separatizmin alovlandırılması ilə, öz təsir rıçaqlarını saxlamağa hesablanmış siyasətinin tərkib hissəsidir: “Moskvanın regionda hərbi forpostu olan Ermənistan, Rusiyanın imperiya ambisiyalarını həyata keçirməkdə bir vasitədir.
6 Mart 2017 15:13 Siyasət"Moskvanın ikibaşlı Qarabağ siyasəti Cənubi Qafqazda təhlükəsizliyə ciddi maneədir". Bu fikirləri "OLAYLAR"-a Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, bu Rusiyanın regionda millətlərarası münaqişənin qızışdırılması, etnik separatizmin alovlandırılması ilə, öz təsir rıçaqlarını saxlamağa hesablanmış siyasətinin tərkib hissəsidir: "Moskvanın regionda hərbi forpostu olan Ermənistan, Rusiyanın imperiya ambisiyalarını həyata keçirməkdə bir vasitədir. Ermənistan 25 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçı siyasətini davam etdirir. Rəsmi Kreml bu illər ərzində münaqişədə özünü moderator aparsa da, məhz onun təhriki ilə işğal uzun illərdi öz həllini tapmır. Bir müddət bundan əvvəl Moskvada Ermənistan XiN rəhbəri E. Nalbandyanı qəbul edən Rusiya XİN rəhbəri S. Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ikili müzakirə etdi. Bunun ardınca, Azərbaycan həmkarını Moskvaya dəvət etdi. Qeyd edim ki, bu görüşlər təmas xəttində atəşkəsin intensiv şəkildə pozulduğu fonunda baş verməkdədir. Rəsmi Kreml çalışır ki, Moskvada üçtərəfli görüşlər təşkil edərək, tərəflərə yeni həll variantı irəli sürsün. İlk əvvəl erməni həmkarı ilə danışıqlar aparan Lavrov ilk təklifləri erməni tərəfinə irəli sürüb. Təbii ki, bu təkliflər Ermənistanın maraqlarına uyğun olduğu üçün qəbul edilib ki, Yerevan səssizliyini qorumaqdadır". Politoloq deyib ki, Rusiya hazırkı situasiyada Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Onun sözlərinə görə, Ermənistanda yaxınlaşan parlament seçkiləri ərəfəsində Rusiyanın bu ölkəni hər hansı kompromisə məcbur etməsi gözlənilmir: "Çünki, bu kompromisslər, Ermənistanda siyasi böhrana yol açar və Sarkisyan rejiminin iflası ilə nəticələnə biləcək, proseslərə aparar. E. Məmmədyarova Lavrov öz təkliflərini irəli sürsə də, bunun qəbul ediməsi gözlənilmir. Rusiya hazırda çalışır ki, üçtərəfli danışıqları bərpa etsin və tərəflər Moskvada danışıqlara başlasın. Rusiyanın bu təşəbbüsləri demək olar ki, uğursuzdur. Çünki, Rusiya Azərbaycan və Ermənistan prezidentlərin görüşünü bir neçə dəfə təşkil edib və heç bir nəticə hasil olmayıb. İndi də, XİN rəhbərləri səviyyəsində müzakirələr, sadəcə danışıqlar xatirinədi. Bununla rəsmi Moskva barışdırıcı missiya görüntüsü yaratmaq niyyətindədir. Elmar Məmmədyarov Lavrov görüşü, nəticəsiz bir sürəcin tərkib hissəsidir. Belə bir uğursuz görüşlər, Azərbayacana cəbhədə uğurlu əməliyyat aparmasına şərait yaradır".