8 Mart-Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 7 mart 2017-ci il tarixində “JW Marriott Absheron” Otelinin Şərq zalında 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə Komitədən “Olaylar2a verilən məlumata görə, tədbir ənənəvi olaraq, rəsmi və bədii hissədən ibarət olacaqdır.Tədbirdən əvvəl qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edəcəklər. Daha sonra Azərbaycan qadınlarına həsr olunmuş qısametrajlı film nümayiş olunacaqdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 7 mart 2017-ci il tarixində "JW Marriott Absheron" Otelinin Şərq zalında 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə Komitədən "Olaylar2a verilən məlumata görə, tədbir ənənəvi olaraq, rəsmi və bədii hissədən ibarət olacaqdır.Tədbirdən əvvəl qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edəcəklər. Daha sonra Azərbaycan qadınlarına həsr olunmuş qısametrajlı film nümayiş olunacaqdır. Rəsmi hissədə ölkə başçısının qadınlara təbrik məktubu səsləndiriləcək və Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadınlara Prezident təltifləri təqdim olunacaq. Hər il olduğu kimi bu il də dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mükafatlandırılacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31