Biz kimik?

Son vaxtlar türklük, türkçülüyə qarşı olan qeyri-sağlam münasibət, onu aşağılamaq cəhdləri təəccüblü olduğu qədər də təəssüfedicidir. Maraqlısı odur ki, bu dəfə türkçülüyə qarşı olan kampaniyaya qanunverici orqanın bəzi təmsilçiləri də cəlb edilib. Bu günlərdə millət vəkillərindən birinin azərbaycanlıların türk olmadığı barədə açıqlaması isə cəmiyyətdə haqlı narazılığa səbəb olub. Bir sıra araşdırmaçılar, təhlilçilər məsələyə elmi nöqteyi nəzərdən yanaşaraq həmin açıqlamaları heç bir əsası olmadığını sübuta yetiriblər.

Nazim Cəfərsoy: ""dil" adı ilə "millət" adı arasında birbaşa riyazi bərabərlik yoxdur"

"Bu cografiyanın Qaraqoyunlu hokmdarları və Nadir Şah Osmanli ilə yazışmalarında Türk/Türkmən olduqlarını vurğulayıblar"

Son vaxtlar türklük, türkçülüyə qarşı olan qeyri-sağlam münasibət, onu aşağılamaq cəhdləri təəccüblü olduğu qədər də təəssüfedicidir. Maraqlısı odur ki, bu dəfə türkçülüyə qarşı olan kampaniyaya qanunverici orqanın bəzi təmsilçiləri də cəlb edilib. Bu günlərdə millət vəkillərindən birinin azərbaycanlıların türk olmadığı barədə açıqlaması isə cəmiyyətdə haqlı narazılığa səbəb olub. Bir sıra araşdırmaçılar, təhlilçilər məsələyə elmi nöqteyi nəzərdən yanaşaraq həmin açıqlamaları heç bir əsası olmadığını sübuta yetiriblər.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoyun bu istiqamətdə apardığı araşdırmada qeyd edilir ki, "dil" adı ilə "millət" adı arasında birbaşa riyazi bərabərlik yoxdur. Onun sözlərinə görə, dilin adı tamamiylə obyektiv linqustik kriteriyalarla müəyyənləşir: "Millətin adının müəyyənləşməsində isə dillə yanaşı, tarix, mədəniyyət, din, ortaq vətən, birlikdə yaşama iradəsi və dünyadakı millət kateqoriyasına uyğun modellər də ciddi rol oynayır. Azərbaycanda isə bunu ən oxumuşlarımız, hətta ictimai elmləri oxuyanların mühüm bir hissəsi belə təəsüf ki, ayırd edə bilmir. Rəsmi qanunvericilik və cəmiyyətdə geniş istifadə baxımından dilimizin adına "Azərbaycan dili" deyirlər. Halbuki dilimizə bu adın verilməsi 3 baxımdan problemlidir. Əvvəla, "Azərbaycan" ölkənin, yəni coğrafiyanın adıdır. Coğrafiyanın dili isə olmaz. Dil insana və millətə aiddir. Həmçinin dövlətin rəsmi dili var. Dövlətimizin rəsmi adı da "Azərbaycan Respublikasıdır" və "Azerbaycan dili" adı buna da uyğun deyil. İkincisi, "Azərbaycan dili" Azərbaycanda sanki sadəcə tək dilin olduğu mənasına gəlir. Halbuki Azərbaycan cəmiyyətində tek dil yoxdur. Biri ən çox danışılan və ən işlək dil olsa da, cox sayda dil var. Məsələn, azlıqların dili var: "Azərbaycan dili" bu baxımdan da reallığı ifadə etməkdə yanlış ifadədir. Bu məntiqlə ölkədəki dilləri ifadə etmək üçün "Azərbaycan dilləri" (yəni Azərbaycanda danışılan dillər) termini istifadə edilməlidir ki, bunun da nə qədər mənasız ifadə olduğu hamıya yetərincə aydındır. Yəni vərdişimizi kənara qoysaq, mahiyyət baxımından "Azərbaycan dili" ifadəsi ilə "Azərbaycan dilləri" ifadəsi eyni dərəcədə məntiqsizdir". Nazim Cəfərsoy bildirib ki, vərdiş edildiyi üçün millətin dili və ya rəsmi dil mənasında da "Azərbaycan dili" ifadəsi ilk baxışda bizə qəribə gəlmir: "Ancaq "Almaniya dili", "Fransa dili", "Rusiya dili" və s. kimi terminlər istifadə etdiyimizdə bu ifadənin nə qədər yanlış adlandırma olduğu dilçilik və dünyadakı hakim siyasi ifadə baxımından da açıqca ortaya çıxır. O zaman dilimizin adi nədir? sualına cavab vermək üçün tarixə nəzər salmaq lazımdır. Tarix də hazırda Azərbaycanın ən işlək və ən çox adamın danışdığı dilin adının 1937-ci ilə qədər rəsmi sənədlərdə "Türk dili" olduğunu açıq aydın

göstərməkdədir. Dünyada eyni kökdən insanların meydana gətirdiyi Misir, Səudiyyə Ərəbistanı, Suriya və diğər ərəb ölkələrində dilin adı "ərəb dili"dir. "Türk dili" ifadəsinə "Türkiyə ilə eyni olmasin" diyə bir etiraz varsa, o zaman dilimizi "Azərbaycan Türkcəsi" şəklində də ifadə etmək mümkündür. Dilimizin adina etiraz edənlər özlərini 1935-ci ildə təsəvvür etsinlər. O zaman dilimizi necə adlandıracaqlardi? sualına obyektiv cavab versinlər". Nazim Cəfərsoy qeyd edir ki, azərbaycanlı termini Azərbaycanda millətin adı üçün ən geniş istifadə edilən ifadədir. Termin əsasən 1930-cu illərin sonunda Stalinin xidməti ilə Azərbaycan SSR-dəki xalqı adlandırmaq üçün istifadə edilməyə başlayıb: "Müstəqillik sonrasına diqqətli baxıldığında "azərbaycanlı" terminin 4 fərqli formada istifadə edildiyi müşahidə edilir. Azərbaycan Türkləri anlayışının ən konkret nümunəsi əhalinin siyahıya alınmalarında etnik tərkibinə dair statistikadır. Bu statistikaya baxdığımızda görüruk ki, orda rus, erməni, yəhudi, ukraynalı, ləzgi, talış, kürd, həttaa Mesxeti türkləri var. Bir də ölkə əhalisinin təxminən 90 faizini təşkil edən azərbaycanlılar var. Sual yaranır ki, kimdi bu "azərbaycanlılar"? Həmin "azərbaycanlı" adlandırılanlar əslində 1937-ci ilə qədər etnik kimlik olaraq Türk adlandırılanlardir. Hansi ki, bunlara Rusiya imperyası " tatar" və Qafqaz müsəlmanları" deyib. Səlcuklular, Ağqoyunlular və Şah İsmayil bu insanlarin dilinə Türk dili deyib. Bu cografiyanın Qaraqoyunlu hokmdarları və Nadir Şah Osmanli ilə yazışmalarında Türk/Türkmən olduqlarını vurğulayıblar. Şah İsmayıl ilə Sultan Səlim Oguz Xaqanın hökmdarlıq mirasının özlərində olduğunu yazıb.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31