Gündəm
Parisdə Çin vətəndaşının polis tərəfindən qətlə yetirilməsi iğtişaşlara səbəb olub
Çinli Li Şayonun polis tərəfindən qətlə yetirilməsindən sonra Parisdə iğtişaşlar başlayıb. Hadisə nəticəsində 3 polis yaralanıb.
Abramyanın istefasının əsl səbəbi məlum oldu
Ermənistanın sabiq baş naziri, eks-spiker Ovik Abramyanın hakim Respublika partiyasının sıralarından çıxmasının əsl səbəbi məlum olub.
Rusiyanın ən iri mobil operatoru Özbəkistandakı biznesini 1 dollara satdı
Rusiya və MDB-nin ən iri mobil rabitə operatoru olan MTS şirkəti Özbəkistanın "Universal Mobile Systems" (USM) şirkətində malik olduğu 50,01% payını bu ölkənin hökumətinə satıb.
"Bizim kluba gəlsə, onu bağrımıza basarıq"
"Real Madrid"in müdafiəçisi Serxio Ramos Fransanın gənc istedadı Kilian Mbappenin Madrid klubuna mümkün transferi barədə fikirlərini bölüşüb.
Qəzada yaralanan tələbələrdən xəbər var
Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələblərin hamısı evə buraxılıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdəki tələblərin hamısı vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar.
Mətbuat Şurası Gürcüstanda fəaliyyət göstərən jurnalistləri təltif edib
Gürcüstanda nəşr olunan Azərbaycandilli “Region Press” qəzetinin redaktoru Binnət Məmmədov və ATV-nin Gürcüstan üzrə xüsusi müxbiri Nadir Almazoğlu Azərbaycan Mətbuat Şurasının diplomları ilə təltif edilib. Diplomları onlara Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Marneuli Mərkəzi Kitabxanasında düzənlənmiş tədbirdə təqdim edib.
İrandan qayıdan kişinin düz bağırsağından narkotik çıxdı
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 12,970 qram olan narkotik vasitə – tiryək aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Əmisi oğlu məhkuma tiryək ötürmək istədi
Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə aparılır. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Baş idarənin və tabe qurumların birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərinin nəticəsində Novruz Bayramı günlərində 6 mobil telefon, habelə narkotik maddə və uyuşdurucu dərman preparatlarının müəssisələrə keçirilməsinin qarşısı alınmışdır.
Səmayə Əsgərova beynəlxalq müsabiqənin münsif heyətində
Avstraliyada keçirilən LET`S CEE Film Festivalında Azərbaycan filmləri təqdim olunub. Festival çərçivəsində kino mütəxəssisləri üçün nəzərdə tutulmuş “İndustriya günləri” xüsusi proqramında “Azərbaycanfilm” kinostudiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəisi Səmayə Əsgərova Azərbaycanda kinoindustriya haqqında mühazirə ilə çıxış edib.
43 min 200 metr rels yenisi ilə əvəzlənib
2014-2016-cı illər ərzində 43 min 200 metr rels, 7200 uzun və 756 gödək şpal yenisi ilə əvəzlənib, 1200 metr yolda qaldırma təmiri aparılıb. Bu, yolların rəvan vəziyyətə gətirilməsinə xüsusi təsir göstərib.
“31 mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı fəaliyyətlərə start verilib
Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində planlaşdırılan onlayn fəaliyyətlər ilə bağlı fəaliyyətlər əlaqələndirmə görüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Şuranın sədri Seymur Hüseynov, Milli Şuranın katibliyi, Gənclər Təşkilatları və Tələbə Gənclər Təşkilatlarının rəhbər və nümayəndələri, mətbuat nümayəndələri iştirak edib. Görüş zamanı Milli Şuranın Baş katibi Leyla İsrafilova tərəfindən onlayn fəaliyyətlər haqqında təqdimat nümayiş etdirilib.
“Qırmızı bağ”, “Əli və Nino”, “Şanxay, Bakı” beynəlxalq festivalda
Avstriyada keçirilən LET`S CEE Film Festivalında Azərbaycan filmləri iştirak edib.Festival çərçivəsində Vyanada Mirbala Səlimlinin “Qırmızı bağ”, Azərbaycan və Böyük Britaniyanın birgə istehsalı olan “Əli və Nino”, Teymur Hacıyevin “Şanxay, Bakı” və retrospektiv proqramda “Arşın mal alan” filmləri nümayiş olunub. “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filmi “İddialı debüt” proqramında nümayiş etdirilib. Tamaşaçıların marağını nəzərə alaraq, festivalda filmin əlavə olaraq xüsusi nümayişini də təşkil edilib. Nümayişlərdə tamaşaçılar və mətbuat nümayəndələri ilə müzakirələrdə filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Salimli iştirak edib.
Külli miqdarda dərmanı sərnişinlərə paylayaraq keçirmək istədi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xeyli miqdarda dərman vasitəsinin qanunsuz dövriyyəsilə əlaqədar fakt qeydə alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Hava Limanında Naxçıvan-Bakı aviareysilə gələn sərnişinləri qarşılayan Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.
"Ermənistanda işğalçı rejim hakimiyyətdən getməsə, Dağlıq Qarabağ..."
“Hazırda Ermənistanda olan işğalçı rejim öz hakimiyyətini qoruyub saxlamaqdan ötrü bütün imkanlarından istifadə edir. Cinayətkar qrup terrora, hədə-qorxuya əl atmaqla yanaşı, onlara göstərilən bütün dəstəklərdən yararlanırlar”. Bunu deputat Rövşən Rzayev deyib.
“Sarkisyan özü terrorla hakimiyyətə gəlib”
“Ümumiyyətlə bu gün Ermənistan hətta köhnə illərə münasibətdə belə ən çətin dövrlərini yaşayır. Bu həm siyasi, iqtisadi, həm də Qarabağla bağlı Azərbaycanın dirənişi, dünya hegemonlarının artıq Ermənistanı sıxması ilə bağlıdır. Məsələ burasındadır ki, son vaxtlar Sarkisyanın bütün cəhdlərinə, xarici səfərlərə, hətta o Dağlıq Qarabağda verdiyi cılız bəyanatlara baxmayaraq öz reputasiyasını azacıq da olsa bərpa edə bilməyib”. Bunu millət vəkili Elşən Musayev deyib.














