43 min 200 metr rels yenisi ilə əvəzlənib
2014-2016-cı illər ərzində 43 min 200 metr rels, 7200 uzun və 756 gödək şpal yenisi ilə əvəzlənib, 1200 metr yolda qaldırma təmiri aparılıb. Bu, yolların rəvan vəziyyətə gətirilməsinə xüsusi təsir göstərib.
28 Mart 2017 12:39 Sosial2014-2016-cı illər ərzində 43 min 200 metr rels, 7200 uzun və 756 gödək şpal yenisi ilə əvəzlənib, 1200 metr yolda qaldırma təmiri aparılıb. Bu, yolların rəvan vəziyyətə gətirilməsinə xüsusi təsir göstərib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə açıqlamanı "Bakımetropoliteni" QSC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, bu dövrdə xüsusi əhəmiyyət kəsb edən "İçərişəhər-28 May" sahəsində və "Cəfər Cabbarlı-Xətai" mənzilində yolların tam sağlamlaşdırılması işləri başa çatdırılıb. Xəbər verdiyimiz kimi, metropoliten yollarında müasir dünya standartlarının tətbiqi ilə bağlı ən əhəmiyyətli yenilik yeni inşa olunan xətlərdə beton blokların tətbiqi olacaq. Bununla bağlı son hazırlıq tədbirləri yekunlaşmaq üzrədir. Yerli şəraitdə istehsalı da nəzərə alınmaqla, bu yeniliyin tətbiqi nəticəsində yolların daha keyfiyyətli və sürətli olmasına, davamlı və uzunömürlü materiallarla təchiz edilməsinə, ölkədən kənar gətirilən şpallardan asılılığı azaltmasına, onlara qulluğun dəfələrlə sadələşməsinə və asanlaşmasına nail olunacaq. Bu isə metropolitenin daha səmərəli, ən əsası, sərnişinə daha təhlükəsiz və rahat xidmət göstərməsini təmin edəcək. Sonrakı dövrlərdə isə hazırda istismarda olan yollarda da beton blokların tədricən taxta şpalları əvəz etməsi bu işlərin məntiqi yekunu olacaq.