“31 mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı fəaliyyətlərə start verilib 

Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində planlaşdırılan onlayn fəaliyyətlər ilə bağlı fəaliyyətlər əlaqələndirmə görüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Şuranın sədri Seymur Hüseynov, Milli Şuranın katibliyi, Gənclər Təşkilatları və Tələbə Gənclər Təşkilatlarının rəhbər və nümayəndələri, mətbuat nümayəndələri iştirak edib. Görüş zamanı Milli Şuranın Baş katibi Leyla İsrafilova tərəfindən onlayn fəaliyyətlər haqqında təqdimat nümayiş etdirilib.

Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" çərçivəsində planlaşdırılan onlayn fəaliyyətlər ilə bağlı fəaliyyətlər əlaqələndirmə görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Şuranın sədri Seymur Hüseynov, Milli Şuranın katibliyi, Gənclər Təşkilatları və Tələbə Gənclər Təşkilatlarının rəhbər və nümayəndələri, mətbuat nümayəndələri iştirak edib. Görüş zamanı Milli Şuranın Baş katibi Leyla İsrafilova tərəfindən onlayn fəaliyyətlər haqqında təqdimat nümayiş etdirilib.

Fəaliyyətlərin məqsədi Azərbaycan reallıqlarının, soyqırım faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması və Gənclərin "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmasını təmin edilməsidir. Fəaliyyətlər çərçivəsində soyqırım haqqında məlumatlar toplanaraq, müxtəlif dillərdə tvitlərdən ibarət elektron baza yardılacaqdır. Paylaşımlar zamanı #31marchgenocide #31online həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsilə kütləvi çağırışlar ediləcək, Azərbaycan reallıqlarını özündə əks etdirən paylaşımlar və məlumatlar yerləşdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31