"Ermənistanda işğalçı rejim hakimiyyətdən getməsə, Dağlıq Qarabağ..."

“Hazırda Ermənistanda olan işğalçı rejim öz hakimiyyətini qoruyub saxlamaqdan ötrü bütün imkanlarından istifadə edir. Cinayətkar qrup terrora, hədə-qorxuya əl atmaqla yanaşı, onlara göstərilən bütün dəstəklərdən yararlanırlar”. Bunu deputat Rövşən Rzayev deyib.

"Hazırda Ermənistanda olan işğalçı rejim öz hakimiyyətini qoruyub saxlamaqdan ötrü bütün imkanlarından istifadə edir. Cinayətkar qrup terrora, hədə-qorxuya əl atmaqla yanaşı, onlara göstərilən bütün dəstəklərdən yararlanırlar". Bunu deputat Rövşən Rzayev deyib.

Politoloq: “Ermənistan aranı qarışdırmağa çalışır”

Deputatın fikrincə, əgər Ermənistan xalqı öz sözünü səsləndirə bilsə, haqq öz yerini tapa bilər: "Amma təəssüf ki, hələ də bu istiqamətdə tutarlı iş görülmür, əksinə səhra komandirləri onlara göstərilən dəstək nəticəsində öz iyrənc fəaliyyətlərini davam etdirir".

“Sarkisyan özü terrorla hakimiyyətə gəlib”

R. Rzayev qeyd edib ki, cari ilin aprel ayında düşmən ölkədə keçiriləcək seçkilərin nəticəsi  Ermənistan xalqının öz gələcəyini düşünməsi ilə bağlıdır: "Əgər Sarkisyan uduzsa, demək Ermənistan cəmiyyəti öz gələcəyini düşünərək, işğalçı düşüncəsinə yox deyərək normal həyata qədəm qoyacaq. Bu, həm onlar, həm də bizim üçün vacibdir. Əgər işğalçı rejim hakimiyyətdən getməsə, Dağlıq Qarabağ münaqişəsinin həlli o qədər asan məsələ deyil. Mən inanıram ki, Sarkisyan hakimiyyətdən getsə, onun yerinə gələn digər qrup hazırki səhra komandirlərindən fərqli olaraq öz mövqeyini səsləndirə biləcək". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31