Abramyanın istefasının əsl səbəbi məlum oldu

Ermənistanın sabiq baş naziri, eks-spiker Ovik Abramyanın hakim Respublika partiyasının sıralarından çıxmasının əsl səbəbi məlum olub. 

Ermənistanın sabiq baş naziri, eks-spiker Ovik Abramyanın hakim Respublika partiyasının sıralarından çıxmasının əsl səbəbi məlum olub.  Bu barədə Ermənistanın "İrates" nəşri məlumat yayıb.

"Deyilənə görə, Abramyanın hakim partiyanın sıralarından çıxmasının əsl səbəbi onun "Ohanyan - Raffi - Oskanyan" blokunu koordinasiya etməsi və "Çarukyan" alyansına qoşulmaq istəməsi ilə bağlı olub. Abramayana belə bir addımın mümkünsüzlüyü barədə ən yuxarı səviyyədə xəbərdarlıq edilib".  Nəşr yazır ki, bu faktın aşkarlanmasından bir həftə sonra Abramyan partiyanın sıralarını tərk etməli olub.  Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31