“Qırmızı bağ”, “Əli və Nino”, “Şanxay, Bakı” beynəlxalq festivalda
Avstriyada keçirilən LET`S CEE Film Festivalında Azərbaycan filmləri iştirak edib.Festival çərçivəsində Vyanada Mirbala Səlimlinin “Qırmızı bağ”, Azərbaycan və Böyük Britaniyanın birgə istehsalı olan “Əli və Nino”, Teymur Hacıyevin “Şanxay, Bakı” və retrospektiv proqramda “Arşın mal alan” filmləri nümayiş olunub. “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filmi “İddialı debüt” proqramında nümayiş etdirilib. Tamaşaçıların marağını nəzərə alaraq, festivalda filmin əlavə olaraq xüsusi nümayişini də təşkil edilib. Nümayişlərdə tamaşaçılar və mətbuat nümayəndələri ilə müzakirələrdə filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Salimli iştirak edib.
28 Mart 2017 12:37 MədəniyyətAvstriyada keçirilən LET`S CEE Film Festivalında Azərbaycan filmləri iştirak edib.Festival çərçivəsində Vyanada Mirbala Səlimlinin "Qırmızı bağ", Azərbaycan və Böyük Britaniyanın birgə istehsalı olan "Əli və Nino", Teymur Hacıyevin "Şanxay, Bakı" və retrospektiv proqramda "Arşın mal alan" filmləri nümayiş olunub. "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalı olan "Qırmızı bağ" filmi "İddialı debüt" proqramında nümayiş etdirilib. Tamaşaçıların marağını nəzərə alaraq, festivalda filmin əlavə olaraq xüsusi nümayişini də təşkil edilib. Nümayişlərdə tamaşaçılar və mətbuat nümayəndələri ilə müzakirələrdə filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Salimli iştirak edib.
"Klassik filmlərin seçmələri" proqramında isə Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan 1945-ci ildə lentə alınmış "Arşın mal alan" filminin 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş və rənglənmiş versiyası nümayiş olunub.
Festivalın qısametrajlı filmlər müsabiqə proqramında 11 Avropa ölkəsinin istehsalı olan filmlərlə birgə təqdim olunan Teymur Hacıyevin "Şanxay, Bakı" filmi təltifetmə mərasimində münsiflər heyətinin "Xüsusi vurğulama" ilə qeyd olunub.