"Bizim kluba gəlsə, onu bağrımıza basarıq"

"Real Madrid"in müdafiəçisi Serxio Ramos Fransanın gənc istedadı Kilian Mbappenin Madrid klubuna mümkün transferi barədə fikirlərini bölüşüb.

"Real Madrid"in müdafiəçisi Serxio Ramos Fransanın gənc istedadı Kilian Mbappenin Madrid klubuna mümkün transferi barədə fikirlərini bölüşüb.

Kapitan bunları deyib: "Mbappe? Perez yeni futbolçu transfer etmək işind mənimlə məsləhətləşmir. Amma "Real"ın qapıları bütün futbolçuların üzünə açıqdır. Mbappe bizim kluba gəlsə, onu bağrımıza basarıq. Necə ki bütün yeni futbolçular bu münasibəti görürlər. Bununla yanaşı, hazırda Mbappe barədə danışmaq "Real"ın futbolçularına qarşı hörmətsizlik olardı". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31