Səmayə Əsgərova beynəlxalq müsabiqənin münsif heyətində

Avstraliyada keçirilən LET`S CEE Film Festivalında Azərbaycan filmləri təqdim olunub.  Festival çərçivəsində kino mütəxəssisləri üçün nəzərdə tutulmuş “İndustriya günləri” xüsusi proqramında “Azərbaycanfilm” kinostudiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəisi Səmayə Əsgərova Azərbaycanda kinoindustriya haqqında mühazirə ilə çıxış edib.

Avstraliyada keçirilən LET`S CEE Film Festivalında Azərbaycan filmləri təqdim olunub. 
Festival çərçivəsində kino mütəxəssisləri üçün nəzərdə tutulmuş "İndustriya günləri" xüsusi proqramında "Azərbaycanfilm" kinostudiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəisi Səmayə Əsgərova Azərbaycanda kinoindustriya haqqında mühazirə ilə çıxış edib. Keçirilən İndustriya günlərində, ümumilikdə, müxtəlif Avropa ölkələrində kino istehsalına və yayımına həsr olunmuş 16 mühazirə dinlənilib. Azərbaycan kino istehsalı ilə bağlı mühazirə "Azərbaycanfilm" kinostudiyasının dəstəyi ilə həyata keçirilib.

Samaya Asgarova festival tərəfindən qısametrajlı filmlərin rəsmi müsabiqə proqramına münsiflər heyətinin üzvü kimi dəvət olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31