Gündəm
Bakıdan İstanbula gedən evin tək oğlu yoxa çıxdı: "Ana, məni daha axtarma"
Türkiyənin İstanbul şəhərinə gedən Azərbaycan vətəndaşı itkin düşüb. Bu haqda yoxa çıxan Şükürov İlkin Xanəsgər oğlunun anası Ülkər Şükürova məlumat verib. Ananın dediyinə görə, oğlundan 3 həftədir ki, xəbər ala bilmir: "İlkin mart ayının 4-də Bakıdan Toros Turizm şirkətinə aid avtobusla İstanbula gəlib. O, 1990-cı ilə Rusiyada dünyaya göz açıb və Azərbaycan vətəndaşıdır. Özəl xəstəxalanalardan birində kuryer olaraq işləyirdi".
Ayxan Ayvazın hekayələr kitabı çap olundu
Joao Mestre: “Azərbaycan mənim üçün maraqlı ölkədir”
BBMM-in 2016-cı ildəki əhəmiyyətli layihələri sırasında yer alan “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinə 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb.
Fikrət Məmmədov Beyləqanda qəbul keçirəcək
Martın 29-da ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Beyləqan rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti) Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.
Rusiyadakı aksiyalar heç bir dəyişikliyə səbəb olmayacaq
“Rusiyada Navalnın təşəbbüsü ilə keçirilən mitinqlər spontan xarakter daşıyır. Bunun geniş, kütləvi aksiyalarla nəticələnməsi gözlənmilir". “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu mitinqlər, sadəcə baş nazir D. Medvedev əleyhinə yönəlmiş aksiyalardır: "Hazırda ölkədə prezident Putinin reytinqi yüksəkdir.
Qanunsuz süni mayalanma etməyə görə cərimə yox, həbs edəcəklər
Azərbaycanda qanunsuz süni mayalanma etməyə görə cəzanın cəriməsi ləğv edilir. Cinayət Məcəlləsində qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişikliklə cərimənin miqdarının 4 min manatdan 7 min manatadək artırılması təklif olunur.
"Azərbaycanla oyun həlledici ola bilər"
Azərbaycanla oyun bizim üçün çox önəmlidi. Bakıdakı qarşılaşmanın qrup ikinciliyi uğrunda yarışa ciddi təsiri olacaq. Bunu Şimali İrlandiya yığmasının müdafiəçisi Qaret Makoli deyib.
Rusiya narahatdır - ABŞ hərbi gəmiləri Qara dənizdə
ABŞ hərbi gəmilərinin Qara dəniz akvatoriyasında patrul aparması Rusiyanın təhlükəsizliyinə potensial təhdiddir. Bu fikir Rusiya Silahlı Qüvvələri Baş Qərargahının bəyanatında yer alıb. Açıqlamada qeyd olunur ki, təhdid həmin gəmilərdə hansı növ raketlərin olub-olmaması ilə əlaqədardır.
Prezident İlham Əliyev: "Biz bu gün nümunə göstəririk ki, ölkəni necə idarə etmək lazımdır"
"Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir". Bunu prezident İlham Əliyev bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.
Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə məktub ünvanladı
Xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ-ın dövlət katibi Reks U. Tillerson arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib. Bu barədə “Olaylar”a Xarici İşlər Nazirliyindən məlumat verilib. Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələrimiz arasında əlaqələrin xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığımızın inkişafı ilə xarakterizə olunan strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb.
Azərbaycan prezidenti: "Pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik"
"Biz keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bugünkü müşavirə ikinci müşavirədir və bu müşavirələrin keçirilməsi özündə bu dəstəyin təzahürüdür".
Gürcüstandan Ermənistana "İqla" kompleksi keçirilməsi ilə bağlı daha 1 nəfər saxlanılıb
Gürcüstanda Ermənistana qanunsuz yolla "İqla" zenit-raket kompleksinin keçirilməsi cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Mərkəzi Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş İdarəsinin əməkdaşları Tbilisidə Ermənistan Polisinin cinayət-axtarış baş İdarəsi tərəfindən axtarışda olan Ermənistan vətəndaşı Robert A.-nı saxlayıb.
Oqtay Əsədov Rusiya Federasiya Şurasının sədri ilə görüşüb
Sankt-Peterburqda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Deputat Avroparlament üzvlərini qadınlara qarşı zorakılıqla mübarizəyə çağırdı
Avropa Parlamentinin vətəndaş azadlıqları, ədliyyə və daxili işlər komitəsi qadın hüquqları və gender bərabərliyi komitəsi ilə birgə “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının İstanbul Konvensiyasına Avropa İttifaqının qoşulması” mövzusunda dinləmələr keçirib.
Güclü külək əsəcək
Martın 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.













