Joao Mestre: “Azərbaycan mənim üçün maraqlı ölkədir”

BBMM-in 2016-cı ildəki əhəmiyyətli layihələri sırasında yer alan “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinə 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. 

BBMM-in 2016-cı ildəki əhəmiyyətli layihələri sırasında yer alan "Azərbaycanın Gənc Dostları Klubu" İctimai Birliyinə 16 ölkədən 50-dən çox tələbənin qatıldığı "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. 200-dən artıq üzvü olan Birliyin ətrafına Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar toplaşıb. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi- bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Mərkəzdən "Olaylar" - ma bildirilib ki,  www.youngfriends.az saytında sözügedən qurumun və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçısı, bu yaxınlarda Birliyə üzv olmuş, Portuqaliyanın Lusofona Universitetinin tələbəsi Joao Mestrenin ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.

Joao Mestre: "Azərbaycan mənim üçün maraqlı ölkədir. Ona görə də IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakım üçün fürsət yarananda çox sevindim. Qış məktəbi ərzində 18 ölkədən gəlmiş tələbələrlə canlı ünsiyyət imkanımın yaranması mənə yeni-yeni ideyalar verdi. Azərbaycanın zəngin maddi və mənəvi mədəniyyətinə, multikultural və tolerant əhvalına, füsunkar təbiətinə, dadlı mətbəxinə valeh oldum. Bunlarla ilgili hər bir detalı, hər bir təfərrüatı qış məktəbi boyu bizi müşayiət edən təşkilatçı heyətdən öyrənməyə çalışırdım. Çünki bu mənə həm də Azərbaycan haqqında, Azərbaycanın multikulturalizm modeli ilə bağlı cəkdiyim sənədli tanıtım filmimin daha yaxşı alınması üçün vacib idi. Filmimin daha koloritli, daha keyfiyyətli alınması üçün həm Bakıda, həm də qış məktəbinin keçirildiyi qədim Şəki şəhərində, rayonun Kiş kəndində, Qaxdakı Kürmük Məbədində, Oğuzdakı sinaqoqlarda, Qəbələdəki Nic qəsəbəsində, oradakı Alban-Udi kilsəsində də çəkilişlər apardım.

Azərbaycan həm də turizm baxımından cəlbedici bir ölkədir. Filmimdə bununla bağlı nüanslar da öz əksini tapacaq.. Film üzərində işlər yekunlaşmaq üzrədir, artıq montaj prosesindədir, subtitrlər yığılır. Filmi bir sıra beynəlxalq festivallara göndərməyi planlaşdırmışam. Azərbaycan multikulturalizminə həsr olunmuş sənədli filmimlə bu ölkənin ali dəyərlərini beynəlxalq ictimaiyyətə yüksək səviyyədə təqdim etməyi düşünürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31