Gündəm

Prezident: “Sahibkarlar fəal olmalı, özləri yeni bazarlara çıxmalıdırlar”

28 Mart 2017 14:41

“Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır”.

Bazarlarda süni qiymət artımı davam edir

28 Mart 2017 14:39

Hər bayram, yaxud ənənəvi günlər ərəfəsində ölkədə qiymət artımına adət etmişik. Elə Novruz bayramı öncəsi də bunun bir daha şahidi olduq. Təxminən yarım ay əvvəl Azərbaycanda bütün ərzaq və qeyri-ərzaq mallarının bahalaşmasına start verildi.

Saakaşvili aparıcılıq edəcək

28 Mart 2017 14:31

Gürcüstanın keçmiş prezidenti və Ukraynanını Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili televiziyada aparıcı olacaq. Bu barədə M.Saakaşvili özü Facebook səhifəsində elan edib. Məlumatda qeyd olunur ki, keçmiş prezident "Zik" telekanalında həftəlik "Başqa Ukrayna" tok-şousunu aparacaq.

İcra strukturlarında maaşların az olması korrupsiyaya yol açır

28 Mart 2017 14:30

Dünya ölkələrində iqtisadi geriləmələrin davam etdiyi bir məqamda Azərbaycanda sosial layihələrin davam etdirilməsi tədqirəlayiq haldır. Düzdür, bir sıra sahələrdə gəlirlərin azalması qeydə alınıb, ancaq bu, ümumilikdə ölkənin iqtisadi inkişaf dinamikasına ciddi təsir edə bilməyib.

Elçin Hüseynbəyli yazır... Çin müdrikliyinin azərbaycanlı yozumu

28 Mart 2017 14:27

Yazı stolumun üstündə bir neçə fiqur var: mədəni dillə desək ulaq, qaba dillə ifadə etsək eşşək; və iki qoduq, yəni eşşəyin balaları: məsum baxışları və yazıq duruşları var. Digər fiqurlar: maşın (“ferrari”), gəmi, təyyarə və üç qədim insanın (yaxud meymuna bənzər insanın) oturduğu plasmas dairə.

Rusiyada xalq etirazları

28 Mart 2017 14:25

Nəhayət, daxili siyasi gərginlik şimal qonşumuza da gəlib çatdı. Söhbət Rusiya Federasiyasından gedir. Xəbərlərdən də məlum olduğu kimi artıq bir neçə gündür ki, paytax Moskva olmaqla Rusiyanın müxtəlif subyektləri və iri şəhərlərində etiraz aksiyaları keçirilir.

Ermənistan Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etsə...

28 Mart 2017 14:23

Son həftələr ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri intensiv xarakter alıb. Düzdür, bu səfərlərin əvvəlki səfərlər kimi problemin həllinə heç bir müsbət təsiri olmasa da, hər halda intensivlik müşahidə edilir. Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrləri martın 27-də İrəvanda rəsmi görüşlər keçiriblər. Onlar əvvəlcə xarici işlər naziri Edvard Nalbandyan, daha sonra isə prezident Serj Sərkisyanla görüşüblər. Həmsədrlər Ermənistan prezidentini və xarici işlər nazirini Bakıdakı görüşlərinin nəticələri barədə məlumatlandırıblar.

Qızıl-zinət əşyalarının yaranma tarixi haqqında bilmədikləriniz

28 Mart 2017 14:19

Qızıl, gümüş, topaz, zümrüd, yaqut və brilyantlar istisnasız olaraq bütün gözəl cinsin təmsilçilərinin arzuladığı bəzək əşyalarıdır. Yeri gəlmişkən, özünü bəzəməyi təkcə qadınlar deyil, bir çox kişilər də sevir. Axı saatlar və qiymətli əşyalar sahibinin statusu haqqında çox şey deyə bilər. Ən maraqlısı isə zinət əşyalarını ilk dəfə kişilərin taxması olub.

Əbülfəs Qarayev: "Mikayıl Müşfiqin heykəlinə heç bir ziyan vurulmayıb"

28 Mart 2017 14:14

"Mikayıl Müşfiqin abidəsi Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti altında bərpa olunub”.  Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, abidə yerinə qoyulanda ona heç bir ziyan vurulmayıb: “Bu məsələ dərhal nəzarət altına götürüldü. Bərpa layihəsinə Memarlar İttifaqı və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən baxılıb, təsdiqlənib. Bakı şəhəri, Azərbaycanın digər regionları inkişaf edir. Nə isə sökülür, nə isə yenidən qurulur. Bu təbii proseslər davam edəcək. Lakin dövlət qanunvericiliyi çərçivəsində bu işlər razılaşdırılmalı, layihələndirilməli və düzgün istiqamətləndirilməlidir. İctimaiyyət bu haqda qabaqcadan xəbərdar edilməlidir. Bizim mövqeyimiz bundan ibarətdir. Bakıda aparılan işlər onu göstərir ki, şəhərin inkişafı düzgün istiqamətdədir. Bakı genişlənir və gözəlləşir”. 

Azərbaycan iranlı musiqiçinin Qarabağdakı konserti ilə bağlı etiraz məktubu göndərib

28 Mart 2017 14:13

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsinə münasibət bildirib. Nazir deyib ki, bununla bağlı müvafiq dövlət orqanları adından etiraz məktub ünvanlanıb: "Müvafiq dövlət orqanları adından etirazlarımıızı bildirmişik. Bu gün İranın müvafiq dövlət orqanlarına və Xarici İşlər Nazirliyinə ünvanlanmış məktubu imzalamışam". 

Politoloq: “Sarkisyanın “Qarabağ klanı”na qarşı aksiyalar keçiriləcək” 

28 Mart 2017 14:08

“Aprel ayının 2-də Ermənistanda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə sayılı günlər qalıb. Bu seçkilər 2015-ci dekabr referendumundan edilən dəyişikliklərdən sonra ilk seçkilərdir.Bu referendumda Ermənistanda idarətemənin bütünlüklə parlament üsuluna keçirilməsi haqqında qanun qəbul edilmişdi. Hazırki parlamentdə Serj Sarkisyanın rəhbərlik etdiyi respublikaçılar partiyası 69 yerlə parlamentin əsas söz sahibidirlər. İkinci yerdə isə 33 deputatla  hakmiyyətə yaxın olan Qaqik Tsaruykaynın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasıdır”.

Münaqişəni ATƏT yoxsa BMT həll edə bilər?

28 Mart 2017 14:07

“ATƏT-in Minsk qrupunun vəzifəsi birbaşa ora daxil olan ölkələrin təhlükəsizliyi məsələləri ilə məşğul olmaqdır. Bu baxımdan bu mandatın hanıs təşkilata verilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Əsas məsələ Dağlıq Qarabağ probleminin həll edilməsidir”. Bunu deputat Aydın Mirzəzadə  münaqişənin  BMT çərçivəsində həllinə üstünlük verilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib.

Əlisəttar Atakişiyev – 110

28 Mart 2017 14:07

Politoloq: “Ermənistandakı seçkilərdən sonra hər hansı qərar verilə bilər” 

28 Mart 2017 14:05

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin istər Azərbaycanda, istərsə də Ermənistanda bəyanatlarını ABŞ nümayəndələri səsləndirir. Bu proses Ceyms Uorlikin vaxtında da belə olub, hazırda Riçard Hoqland da bu ənənəni davam etdirir. Rusiya nümayəndələri separatçılarla görüşlərdə bəyanat verir, fransızlar isə susur. Təbii ki, bunların hamısı heç də məqsədsiz deyil”. Bunu politoloq Arzu Nağıyev deyib.

"Sarkisyanın Qarabağa səfəri təxribatdır" 

28 Mart 2017 14:00

“Ermənistan prezidentinin qanunsuz Dağlıq Qarabağa səfər edərək orada müharibə ritorikası ilə çıxış etməsi  təxribat xarakter daşıyır. Çünki, biz bilirik ki, Serj Sarkisyan müharibə ritorikasından istifadə etməmişdən öncə də danışıqlardan yayınırdı. Azərbaycan tərəfi dəfələrlə sülhə, danışıqlara hazır olduğunu bəyan etsə də, düşmən tərəfi razılığıa gəlməkdən imtina edir”. Bunu poltiloq Fikrət Sadıqov deyib.