Əlisəttar Atakişiyev – 110
28 Mart 2017 14:07 Teatr və kinoMədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə martın 29 - da Dövlət Film Fondunda tanınmış kinooperator və rejissor, Əməkdar İncəsənət Xadimi Əlisəttar Atakişiyevin xatirəsi anılacaq. Dövlət Film Fondundan "Olaylar2 - a bildirilib ki, tədbir çərçivəsində əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılığına həsr olunmuş fotosərgi nümayiş olunacaq.
Əlisəttar Atakişiyevin kinoda ən böyük işi operator M. Dadaşovla birgə 1945-ci ildə çəkdikləri "Arşın mal alan" kinokomediyasıdır. "Arşın mal alan"dan iki il sonra o, rejissor Y. Dziqanla birgə "Fətəli xan" tarixi filmini çəkib.
Qeyd edək ki, "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Sehrli xalat", "Səhər nəğməsi", "Bizim küçə" və digər onlarla filmin quruluşçu operatoru və rejissoru olan Ə.Atakişiyev 1990-cı ildə Moskvada vəfat edib.