Ayxan Ayvazın hekayələr kitabı çap olundu
28 Mart 2017 13:59 MədəniyyətYazar Ayxan Ayvazın hekayələr kitabı çap olunub. "Qanun" nəşriyyatında çap olunan "Buri" adlı kitabda müəllifin müxtəlif mövzularda qələmə aldığı 10 hekayəsi toplanıb.
Yaxın günlərdə kitabın təqdimat mərasimi və imza günü keçiriləcək.
Xatırladaq ki, "Buri" yazarın ilk hekayələr kitabıdır. Bundan əvvəl bir roman və bir tərcümə kitabı işıq üzü görüb. Kulis.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31