Gürcüstandan Ermənistana "İqla" kompleksi keçirilməsi ilə bağlı daha 1 nəfər saxlanılıb
Gürcüstanda Ermənistana qanunsuz yolla "İqla" zenit-raket kompleksinin keçirilməsi cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Mərkəzi Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş İdarəsinin əməkdaşları Tbilisidə Ermənistan Polisinin cinayət-axtarış baş İdarəsi tərəfindən axtarışda olan Ermənistan vətəndaşı Robert A.-nı saxlayıb.
28 Mart 2017 13:31 DünyaGürcüstanda Ermənistana qanunsuz yolla "İqla" zenit-raket kompleksinin keçirilməsi cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Mərkəzi Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş İdarəsinin əməkdaşları Tbilisidə Ermənistan Polisinin cinayət-axtarış baş İdarəsi tərəfindən axtarışda olan Ermənistan vətəndaşı Robert A.-nı saxlayıb.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti "İqla" zenit-raket kompleksinin qaçaqmal yolu ilə Ermənistan gətirilməsi ilə əlaqədar cinayət işi çərçivəsində Dağlıq Qarabağdakı erməni ordusunun keçmiş komandanı Samvel Babayan da daxil olmaqla 3 nəfəri saxlayıb. S. Babayan barəsində 2 aylıq həbs qərarı çıxarılıb. Apa.az "tert.am"a istinadən xəbər verir.