Gündəm

Politoloq: “Ermənistan aranı qarışdırmağa çalışır”

28 Mart 2017 12:22

“Ermənistan son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesində aranı qarışdırmağa çalışır. Onlar öncə danışıqlar prosesindən çəkildiklərini bəyan etdilər, daha sonra Moskva və Fransaya səfər edərək cəfəng fikirlər səsləndirdilər”. Bunu  politoloq Qabil Hüseynli deyib.

Daha 14 dövlət əmlakı özəlləşdirildi

28 Mart 2017 12:20

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a  verilən məlumata görə, hərracda 14 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilmiş əmlakların bir qismi kiçik dövlət müəssisə və obyekti, digəri isə istifadəsiz qeyri-yaşayış sahələrinə aiddir.

Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi

28 Mart 2017 12:19

Azərbaycan Vergilər Nazirliyi mənfəət, əmlak və gəlir vergisi ödəyicilərinə müraciət edib. “Olaylar” xəbər verir ki, Nazirlik vergi ödəyicilərini martın 31-nə qədər vergi bəyannamələrini təqdim etməyə çağırıb. 

Həbsxanada qiyam - 45 nəfər yaralandı

28 Mart 2017 12:09

Meksikada həbsxanada qiyam baş verib. Hadisə Nuevo-Leon ştatının Kadereyta şəhərində qeydə alınıb. Qiyam nəticəsində azı 45 nəfər məhbus və həbsxana nəzarətçisi yaralanıb. “Excelsior” portalının məlumatına görə, qiyamçılar 4 nəzarətçini girov götürüb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

Nəhəng yeraltı tunellər tapıldı

28 Mart 2017 12:07

Yapon alimləri Ayda nəhəng yeraltı tunel aşkarlayıblar. Onlar çoxkilometrli keçidi Kagula aparatının apardığı çəkilişlərin köməyi ilə müəyyən ediblər.

Öldükdən sonra bizi nələr gözləyir?

28 Mart 2017 12:03

ABŞ-ın Şimali Karolina Universitetinin professoru Robert Lans ölümdən sonra həyatın mövcud olduğunu açıqlayıb.

İçərisində qadın cəsədi olan çamadan tapılıb - Turist imiş

28 Mart 2017 12:01

İtaliyanın Rimin limanında içərisində qadın cəsədi olan çamadan tapılıb. İlkin ehtimallara görə, cəsəd fevral ayında itkin düşən Dublinli turistə məxsusdur.

Xanımının yad kişiylə VİDEOsunu paylaşdı: "Mənlə heç belə..."

28 Mart 2017 11:51

Serdar Ortaçın həyat yoldaşı Kloe Loughnan Sinan Akçılla duet oxumaq üçün studiyaya gediblər. Serdar Ortaç isə həyat yoldaşı və Sinan Akçılı studiyada videoya çəkib. Ardından çəkdiyi videonu Instagram hesabından paylaşıb.

Prezident Saatlıda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

28 Mart 2017 11:49

Saatlıda Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş 100 yerlik körpələr evi - uşaq bağçasının açılışı olub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Əflatun Amaşov: “Azərbaycan və Gürcüstan jurnalistlərinin iştirakı ilə layihələr həyata keçiriləcək”

28 Mart 2017 11:47

“Gürcüstanda azərbaycandilli jurnalistikanı inkişaf etdirmək vacibdir. Vaxt var idi ki, azərbaycandilli jurnalistikanın məhsulları Tiflisdən dünyaya yayımlanırdı. Gürcüstanda XIX və XX əsrlərdə müxtəlif mətbuat orqanları fəaliyyət göstərib. Görkəmli yazıçılarımız, jurnalistlərimiz bu mətbuat səhifələrində cəsarətlə çıxış ediblər”.

Polşada Smolenskdəki aviaqəzada ölmüş daha bir nəfərin meyiti eksqumasiya olunub

28 Mart 2017 11:40

İçərisində Polşa prezidenti Lex Kaçinskinin də olduğu "Tu-154" təyyarəsinin Rusiyada qəzaya uğraması zamanı həlak olan daha bir nəfərin meyiti eksqumasiya olunub.  Bunu Polşa Prokurorluğunun rəsmi nümayəndəsi Yeva Byalik deyib. O bildirib ki, bununla da həmin hadisə ilə əlaqədar meyiti eksqumasiya olunanların sayı 16 nəfər çatıb: “Varşava hərbi məzarlığında eksqumasiya olunan bu şəxs Stansilav Mikkedir. O hakim, vəkil, yazıçı və Müharibə qurbanlarının xatirəsinin qorunması Şurasının sədr müavini olub".

Qadınların şəxsi inkişafı üzrə təlimlər keçirilir

28 Mart 2017 11:38

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu, müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlərin keçirilməsini planlaşdırır.

Özbəkistanla əməkdaşlıq protokolu imzalanıb

28 Mart 2017 11:37

“Azərbaycan Dəmir Yolları” QSC-də Özbəkistan Respublikası Ali Məclis Senatı sədrinin birinci müavini Sodik Safoyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüş zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C. Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edirlər. Bu il bağlantının istismara verilməsi nəzərdə tutulur.

Azərbaycan Sənaye Bankı Mərkəzi Bank tərəfindən təltif edilib

28 Mart 2017 11:36

Azərbaycanda nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi yönündə öz stabil və davamlı fəaliyyəti ilə seçilən Azərbaycan Sənaye Bankı, bu istiqamətdə daha bir mükafatla təltif edilib.

Müəllim və valideynlərin səyyar qəbul keçiriləcək

28 Mart 2017 11:33

Martın 31-də paytaxtın Xətai və Suraxanı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR” -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub.