Həbsxanada qiyam - 45 nəfər yaralandı
Meksikada həbsxanada qiyam baş verib. Hadisə Nuevo-Leon ştatının Kadereyta şəhərində qeydə alınıb. Qiyam nəticəsində azı 45 nəfər məhbus və həbsxana nəzarətçisi yaralanıb. “Excelsior” portalının məlumatına görə, qiyamçılar 4 nəzarətçini girov götürüb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.
28 Mart 2017 12:09 SosialMeksikada həbsxanada qiyam baş verib. Hadisə Nuevo-Leon ştatının Kadereyta şəhərində qeydə alınıb. Qiyam nəticəsində azı 45 nəfər məhbus və həbsxana nəzarətçisi yaralanıb. "Excelsior" portalının məlumatına görə, qiyamçılar 4 nəzarətçini girov götürüb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.
Qeyd edək ki, ötən həftə Meksikanın Syudad-Viktoriya şəhərində həbsxanada məhbuslar arasında baş verən toqquşmada 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.